2018-10-19 18:21:32   |   123 dəfə oxunub

Suraxanı polisinin “Narkotikə yox deyək, dini radikalizm və erkən nigahlar” mövzusunda tədbirləri...



Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Suraxanı rayonu Günəşli qəsəbəsində "Narkotikə yox deyək, dini radikalizm və erkən nigahlar” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Qəsəbədə yerləşən 285 saylı orta məktəbdə keçirilən tədbirdə Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov narkomaniyaya qarşıölkəmizdə davamlı işlər görüldüyünü, dini radikalizmə və erkən nigahlara qarşı qanun çərçivəsində əməli işlər aparıldığını deyib. N.Həsənov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir: 

"Daxili İşlər Nazirliyi olaraq orta ümumtəhsil müəssisələrində, eləcə də ayrı-ayrı yerlərdə bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçiririk.Bu il Suraxanı rayonunun ayrı-ayrı orta ümumtəhsil müəssisələrində bu tipli tədbirlər təşkil olunub.Narkotika insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki get-gedə "azalır", fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Bədəndə elə orqanlar var ki, onlar insanları hər cür yoluxucu xəstəliklərdən qoruyur, daha dəqiq desək, bir növ "cangüdən" rolunu oynayırlar. Narkotik maddə qəbul edən insanlar özləri də bilmədən həmin orqanları iflasa uğratdıqlarından yoluxucu xəstəlik onların iç dünyasına asanlıqla daxil olur”.



Polis rəisi N.Həsənov öz çıxışında qeyd edib ki, Suraxanıda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinin əvvəlki illərlə müqayisədə xeyli aşağı düşdüyünü qeyd edib: "Bunun da əsas səbəblərindən biri rayon ərazisində aparılan maarifləndirmə işi, həmçinin "qaynar xətt”in yaradılmasıdır. Təcrübə göstərir ki, məhz "qaynar xətt” vasitəsilə vətəndaşların narkomaniya ilə bağlı məlumatlarını əldə etmək və müvafiq tədbirlər görmək mümkündür. Burada bir məqam da var ki, "qaynar xətt” vasitəsilə bizə müraciət edənlərin təhlükəsizliyi üçün onların anonimliyini saxlayırıq. Nəticədə həm vətəndaşımız güvəndə olur, həm də bizə etibarı inamı artır. Bu qarşılıqlı əlaqə də bizim narkomaniyaya qarşı uğurlu mübarizəmizə köməkdir. Düşünürük ki, bu istiqamətdə sizlər də bizə yardımçı olacaqsınız”.


N.Həsənov onu da vurğulayıb ki, ölkənin ali qanunverici orqanı olan Milli Məclis tərəfindən qəbul edilmiş qanunlara uyğun olaraq dini radikalizmə və erkən nigahlara qarşı geniş tədbirlər həyata keçirilir. Xüsusi olaraq gənclər arasında aparılan təbliğat işləri, bu işlərdə istifadə olunan elmi-kütləvi vasitələr görülən işin effektivliyini daha da artırır. Gənclərə nümayiş etdirilən ədəbiyyatlar, sənədli filmlər maarifləndirmə işində öz sözünü deyir.


Tədbirin sonunda şagirdləri maraqlandıran suallara cavab verilib.






SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16