2018-10-19 19:04:50   |   96 dəfə oxunub

Nazir: “Star” NEZ Türkiyənin neft-kimya sənayesi sahəsində idxaldan asılılığını azaldacaq


"Star” neft emalı zavodu (NEZ) Türkiyənin neft-kimya sənayesi sahəsində idxaldan asılılığını azaldacaq.

Trend-in məlumatına görə, bunu zavodun açılış mərasimi zamanı Türkiyənin Xəzinədarlıq və maliyyə naziri Berat Albayrak deyib.

"Star” neft emalı zavodunun Türkiyə üçün əhəmiyyətini vurğulayan nazir bildirib ki, bu, ölkənin neft-kimya sənayesinin inkişafına böyük töhfə verəcək.

Nazirin sözlərinə görə, Azərbaycanla Türkiyə arasındakı dostluq və birlik bütün dünya üçün nümunə ola bilər.




SON XƏBƏRLƏR

2019-04-19