2018-10-19 19:10:27   |   201 dəfə oxunub

"Həmsədrlərdən konkret tələbimiz var" - Analitik



"Zaman keçdikcə münaqişənin həlli və ümumilikdə ermənilərin əsl simalarının dünyaya tanıdılması ilə bağlı mühüm addımlar atılmaqdadır”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Son illərdə dünya ictimaiyyətinin işğalçı ermənilərə münasibətinin dəyişdiyini vurğulayan politoloqun fikrincə, əgər əvvəllər ermənilərin təqdim etdikləri "yazıq” obrazı dünya dövlətlərinin bir çoxu tərəfindən qəbul olunurdusa, müəyyən vaxtdan sonra bu obrazın tamamilə cəfəngiyyat olduğu üzə çıxdı:

"Ermənilərin əslində hansı yuvanın quşu olduqları az zamanda bəlli oldu. Beynəlxalq təşkilatlar və bir çox aparıcı dövlətlər münaqişədə Azərbaycanın haqlı mövqeyini tanıdılar və müdafiə etdilər. Ancaq təəssüflər olsun ki, beynəlxalq siyasi proseslərdə sadəcə hüquqa arxalanmaq kifayət etmir. Rəsmi Bakının dünya ictimaiyyətindən, ələlxüsus da ATƏT-in Minsk Qrupunun həmsədrlərindən konkret tələbimiz var. İkili standartlara birdəfəlik son verilməlidir. Çünki vaxt gələcək ikili yanaşmalar elə həmin ölkələrin özlərinə ziyan vuracaq”.

Analitikə görə, Azərbaycan tərəfi səbrlə beynəlxalq ictimaiyyətin münaqişənin həllinə dair konkret addımlar atmasını gözləyir:

 "Azərbaycan ötən illər ərzində güclü ordu qurub və müxtəlif ölkələrlə dostluq əlaqələri yaradıb. Ermənistandakı parlament seçkilərindən sonra Paşinyan ya qəti rasional addımlar atacaq, ya da biz diplomatik üsullarla yanaşı digər variantlara da əl atmaq məcburiyyətində qalacağıq. Digər variant isə güc tətbiq etməklə torpaqlarımızı azad etməkdir”.

İsmayıl









SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19