2018-10-19 19:17:17   |   169 dəfə oxunub

"Dövlətimiz öz vətəndaşının təhlükəsizliyini qətiyyətlə qoruyur” - EKSPERT



"DTX tərəfindən xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirən bir casusun tutulması göstərdi ki, dövlətimiz öz vətəndaşının təhlükəsizliyini qətiyyətlə və inamla qoruyur”.

Bunu "Sherg.az”a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.

Ekspert bəyan edib ki, bu cür insanlar cəmiyyət üçün çox təhlükəlidir. Ən əsası da vətəndaşların casusluğa cəlb edilməsi yolu ilə şəbəkənin genişlənməsi və çirkin əməllərin həyata keçirilməsi qəbuledilməzdir:

 "Məncə, hər hansı maddi maraq qarşılığıda satılaraq öz Vətəninə və millətinə qarşı casusluq edən şəxs ən ağır cəzaya layiqdir. Mən ölkənin təhlükəsizliyini layiqincə qoruyan, təhlükəsizliyimizə əl uzadanlara qarşı davamlı mübarizə aparan, təqsirkar şəxsləri məsuliyyətə cəlb edən DTX-nın fəaliyyətini yüksək qiymətləndirirəm”.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi əməliyyatı nəticəsində Azərbaycanda casusluq edən şəxs aşkar olunaraq həbs olunub. DTX-nın İctimai əlaqələr şöbəsindən bildirilib ki, xarici ölkə vətəndaşı olan Hasanzada Bahram Nusrat oğlu xarici xüsusi xidmət orqanı əməkdaşlarının tapşırığı əsasında Azərbaycanda dövlət təhlükəsizliyinin zərərinə casusluq edirmiş. Onun dövlət sirrini ələ keçirilməsi və Azərbaycan vətəndaşlarını casusluğa cəlb etməsi də məlumatda öz əksini tapıb.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17