2018-10-19 20:12:08   |   285 dəfə oxunub

"Son vaxtlar mənzil alanların sayı artıb" - Mənzillər bahalaşır ?



"Hazırda mənzil bazarında nisbətən sabitlik müşahidə olunur”.

Bu barədə "Sherg.az”a mənzil bazarındakı son vəziyyəti dəyərləndirərkən ekspert Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, paytaxda yerləşən mənzillərin qiymət dinamikası bir-birindən fərqlidir:

"Əlimizdə olan mənzillər içərisində ən bahalısı bir kvadratı 5200-5400 AZN civarındadır. Hazırda paytaxda evlərin yerləşdikləri ərazilərdən aslı olaraq qiymət dəyişir. Yeni Bülvarın üst tərəfləri, Bayıla yaxın ərazilərdə qiymətlər əvvəllər 1200-1500 AZN idisə, indi bir kvadratı 3500-5000 AZN olub. Həmçinin dəniz sahillərinə yaxın ərazilərdə yerləşən evlərin də qiymətində artım var. 

Lakin şəhərin mərkəz hissəsində olan evlərdə əks tendensiya müşahidə olunur. Həmin ərazilərdə qiymətlər 3300-3500AZN-dan 2200-2500 AZN-a enib. Əsasən evlərin yerindən aslı olarda bazarda müxtəlif dinamika var. Bundan əlavə son vaxtlar mənzil alanların sayı artıb. 2015-2016-cı illərə nisbətən 2017-in sonlarından başlayaraq əhalinin alıcılıq qabiliyyəti yüksəlib”.

Qeyd edək ki, Bakıda yeni tikilən binalarda ən ucuz və ən bahalı mənzillərin qiymətləri məlum olub.2018-ci ilin sentyabr ayının nəticələrinə görə Bakı şəhərində yeni tikili binalarda kvadrat metrin orta qiyməti 1545 AZN təşkil edir. Əgər yeni tikili binaların qiymətini rayonlar üzrə müqayisə etsək, ən bahalı rayon Səbail rayonudur ki, burada orta hesabla bir kvadrat metrin qiyməti 2950 AZN təşkil edir, yaşayış üçün ən ucuz sektor isə Abşeron rayonudur ki, burada da orta hesabla bir kvadrat metrin qiyməti 900 AZN təşkil edir.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16