2018-10-22 19:22:38   |   274 dəfə oxunub

İdmana həsr olunan ömür



Namazov İsa Məmməd oğlu 1960-cı il oktyabr ayının 18-də Qazax şəhərində anadan olub. Qazax şəhər S.Vurğun adına tam orta məktəbin 8-ci sinfinə qədər oxuyub. Yeniyetmə illərində idmanın mərdlik, dözümlülük, cəldlik tələb edən növləri - sərbəst güləş, əlbəyaxa döyüş, boks, Yunan-Roma güləşinə maraq göstərib, ancaq yüksək nəticələri Yunan-Roma güləşində göstərərək rayon birinciliklərində, turnirlərdə mükafatçılar sırasına yüksəlib.

1975-ci ildə Bakı şəhərində Tofiq Bəhramov adına stadionun idman zalında təşkil olunan o dövrün ən mötəbər yarışı Azərbaycan Nazirlər Kabinetinin Mükafatlar uğrunda keçirilən Ümumittifaq çempion adı altında fəxri kürsünün 1-ci pilləsinə qalxaraq qızıl medalla Fəxri Diploma layiq görülərək Azərbaycan yığma komandasına dəvət alıb.

1976-cı ildə təhsilini Olimpiya İdman Liseyində davam etdirib. Beləliklə, müxtəlif yarışlara hazırlaşmağa başlayıb. Tbilisi, Minsk, Kiyev, Xarkov, Donetsk, Krasnodar, Zaparoje, Ulyanovsk, Voroşilov, Moskva, Leninqrad, Katovitsa, Havanna, Leninakan, Kislovodski, Almatı, Daşkənd, Soçi, Tallin şəhərlərində keçirilən yarışlarda müxtəlif mükafatlara layiq görülüb. 1979-cu ildə Ukraynanın Lvov şəhərində keçirilən yeniyetmələrin SSRİ birinciliyində 48 kq çəkidə 1-ci yeri tutub. 1980-ci illərdə Ehtiyat Əmək Qüvvələri İdman Cəmiyyətlərinin SSRİ birinciliklərində yeniyetmələr və gənclər arasında çempionatını qazanıb, 1981-ci ildə həmin çempionatın yaşlılar arasında keçirilən birinciliyində finalda körpücük sümüyündən ciddi zədə alaraq məşqləri dayandırıb, həmin ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun İdman fakültəsini əla, yaxşı qiymətlərlə bitirərək Qazax rayonuna təyinat alıb. Məşqçilik, müəllimlik fəaliyyətinə başlayıb.
Onun yetirmələri keçmiş SSRİ İdman ustaları, ustalığa namizədlər Arzu Məmmədov, Aydın Vəliyev, Müşfiq Eyyubov, İlqar Məmmədov, Musa Mustafayev, Füzuli Budaqov, Aqif Bənnayev, Elxan Əhmədov, Rövşən Məmmədəliyev, Qubad Gülməmmədov, Rüstəm Aslanov, İsgəndər Vəliyev, Nemət Hacıyev, İsmət Nəsibov və digərləri respublika beynəlxalq yarışlarında yüksək yerlərlə nəticə göstəriblər. İdmanın, güləşin inkişafında xidmətlərinə görə 1980-ci ildə SSRİ İdman ustası, 1991-ci ildə Respublika dərəcəli hakim 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət Bədən Tərbiyəsi və İdman əlaçısı, 1985-ci ildən indiyə qədər 4 dəfə Azərbaycan İdman Gənclər Nazirliyinin 1-ci kateqoriyalı məşqçi müəllimi fəxri adlarına layiq görülüb. 1991-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, beşqat Bakı şəhər çempionatının qalibidir. Dəfələrlə Jurnalistika sahəsində fəxri mükafatlara layiq görülüb.

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının qabaqcıl üzvlərindən sayılan rayon-zona konfranslarının nümayəndəsi olub. Hazırda rayon Təhsil şöbəsi nəzdindəki Uşaq Gənclər Şahmat İdman Məktəbində məşqçi vəzifəsində çalışır. İsa Namazov hərbi xidmətdə Uzaq şərqdə - Vladivostok şəhərində hərçilər arasında çempionatda 52 kq. çəkidə birinci yeri tutaraq 1981-ci ildə çempionatına layiq görülüb. Uzun müddətdir ki, bir çox mətbuat orqanlarında, o cümlədən "Olimpiya Dünyası" qəzetində maraqlı məqalələr yazaraq mükafatlara sahib olub.

Ümummilli liderimiz, ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanın 60 illiyində fəxri fərmanla qiymətli hədiyyələr ilə təltif olunub. Möhtərəm prezidentimiz, cənab İlham Əliyevin İsa müəllimə rayonda, respublikada ictimai-siyasi işlərdə idmanın inkişafında xidmətlərinə görə təşəkkürünü bildirib.
İsa müəllim Azərbaycan Əlbəyaxa Döyüş Federasiyasının, "Göyəzən" Qazax rayon peşəkar futbol klublarının mətbuat xidmətlərinin rəhbəridir.

O, iki çığırış Azərbaycan Güləş Federasiyasının konfrans nümayəndəsidir. 2013-cü ildə İsmayıllı şəhərində Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən Beynəlxalq Güləş Birliyinin keçirdiyi məşqçilər və hakimlər üçün seminarda iştirak edərək yüksək dərəcəli məşqçi müəllim, hakim sertifikatına layiq görülüb, rayonda ilk mütəxəssisdir. Onun yüksək nəticələr əldə etməsində Azərbaycanın Əməkdar İdman Xadimi, Əməkdar məşqçi Ramiz Tağıyevin, SSRİ - idman ustası Rafiq Qasımovun, Respublika yığma komandasının sabiq baş məşqçisi mərhum həmyerlimiz Əməkdar məşqçi, Beynəlxalq dərəcəli idman ustası idmansevərlər adından İsa müəllimi ad günü münasibətilə təbrik edirik, cansağlığı, uzun ömür, gələcək işlərində daha böyük uğurlar arzulayırıq.

Azərbaycan Jurnalistlər birliyinin
üzvü: P.Ağakişiyev







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17