2018-10-22 19:28:13   |   179 dəfə oxunub

"BDU-nun tələbələri “Şərq”dəki muzeyi ziyarət etdilər - Fotolar



Bu gün Bakı Dövlət Universitetinin "Jurnalistika” fakültəsinin 4-cü kurs və magistratura üzrə təhsil alan tələbələri "Şərq” qəzetini ziyarət ediblər. Jurnalistika fakültəsinin dosenti Aygün Əzimova və tələbələr redaksiyada yaradılmış Azərbaycan Mətbuat Tarixi Muzeyi ilə yaxından tanış olublar.

Qonaqların gəlişinin çox xoş hadisə olduğunu diqqətə çatdıran qəzetin baş redkatoru Akif Aşırlı qonaqlarla otaq-otaq gəzərək muzeydəki nadir eksponat, portret və orijinal sənədlər barədə ətraflı məlumat verib. 

A.Aşırlı qonaqları Muzeyə əlavə olunan yeni bir otaqla-"Nuru Paşa Odası” ilə də tanış edib. Baş redaktor bildirib ki, yeni otaqdakı dəyərli eksponatlar və tarixi materiallar məhz Bakının xilaskarı – Nuru Paşanın və onun rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun tarixi ilə bağlıdır.

Bütün otaqla tanışlıq başa çatdıqdan sonra Jurnalistika fakültəsinin dosenti Aygün Əzimova muzeylə bağlı təəssüratlarını bölüşüb: 

"Respublika səviyyəsində belə bir mətbuat muzeyi yoxdur. Bu mənada hesab edirəm ki, çox böyük işlər görmüsünüz. "Müstəqillik dövrü Azərbaycan jurnalistikası” fənni ilə əlaqədar Mətbuat Tarixi Muzeyi ilə tanış olduq. Akif müəllim tək müstəqillik dövrü yox, 19-cu əsrin əvvəlli, 20-ci əsrin sonu və 21 əsr mətbuat tarixi ilə bağlı tələblərimizə dolğun məlumat verdi. Tələblər muzeydəki faktlar və materiallarla tanış olduqları üçün olduqca sevinclidirlər. 

Hətta bayaq tələbələrdən biri dedi ki, "Məhəmməd Əmin Rəsulzadənin əli dəyən kitaba mənim də əlim dəydi”. Bu hissi yaşamaq tələbələrimiz üçün olduqca vacib idi. Belə bir muzeyi yaratdığı üçün Akif bəyə dərin təşəkkürlərimizi bildiririk. 

Çalışacağıq ki, özümüzdə olan qəzetlər və ya hansısa qiymətli materiallardan muzeyinizə hədiyyə edək. Bununla Akif bəyin xeryxah missiyasına bir növ kömək etmiş olarıq. Nəinki mən və tələbələrimiz, hər bir Azərbaycan xalqının övladı tariximizi yaşatdığı və gələcək nəsillərə çatdırdığı üçün əməyi keçən şəxslərə minnətdar olmalıdır”.











Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19