2018-10-22 22:41:39   |   141 dəfə oxunub

Paşinyan təəssüfləndi: “ABŞ bizimlə əlaqələri artırmaq istəmir”



 "Yerevan rəsmi Vaşinqtonla daha sıx əməkdaşlıq etməyi planlaşdırır”. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonun bu yaxınlarda baş tutacaq səfərinə münasibət bildirərkən qeyd edib.
"Demək olar ki, bizim xarici tərəfdaşlarımızla ən yüksək səviyyədə danışıqlar gedir" — Paşinyan "Avrasiya Həftələri" III Beynəlxalq Sərgi Forumunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.
Bu arada, Paşinyan ABŞ tərəfinin Ermənistanla əlaqələr planında aktivlik göstərmədiyinə görə təəssüflənir. O, ümid edir ki, yaxın vaxtlarda Ermənistan – ABŞ əlaqələri intensivləşəcək. (sputnik.az)






SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17