2018-10-23 16:56:48   |   219 dəfə oxunub

"Qarabağ" azarkeşlərə müraciət etdi


"Qarabağ" Avropa Lqasının qrup mərhələsinin üçüncü turunda "Vorskla" ilə ev oyunu öncəsi azarkeşlərə müraciət edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, müraciətdə bildirilir: "UEFA Avropa Liqasının qrup mərhələsinin III mərhələsində "Qarabağ”ımız oktyabrın 25-i Bakı Olimpiya Stadionunda "Vorskla"nı qəbul edəcək. Azarkeşlərimizin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq klubumuz tərəfindən azarkeşlərin xidmətində olacaq. Azarkeşlərimiz avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl- saat 17:55-dən etibarən istifadə edə bilər".

Qeyd edək ki, "Qarabağ”ın "Vorskla" ilə matçına bilet satışa davam edir.






SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17