2018-10-23 18:31:05   |   158 dəfə oxunub

"Paşinyan Qarabağ klanını erməni siyasətindən silməkdə qərarlıdır" - Şərh



"Paşinyanın Qarabağa səfərinin ardından prezident Armen Sarkisyanın Şuşaya getməsi qondarma rejimlə münasibətləri normallaşdırmaq məqsədi güdür”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Ermənistan prezidenti Armen Sarkisyanın Dağlıq Qarabağa getməsini şərh edən analitik bildirib ki, baş nazir Nikol Paşinyan meydan hərəkatının gücündən növbəti dəfə yararlanaraq, gələn ilin iyun ayında keçirilməsi nəzərdə tutulan parlament seçkisini bu ilin dekabrına çəkə bildi. Onun sözlərinə görə, Paşinyanın bu gedişi "Qarabağ klanı” adlanan siyasi müxalifətə ağır zərbə oldu: 

"Görünən odur ki, Paşinyan Qarabağ klanını bütünlüklə erməni siyasətindən silməkdə qərarlıdır. Buna baxmayaraq, rusyönümlü qüvvələr könüllü təslim olmaq niyyətində deyillər. Onlar Paşinyanı ən zəif yerindən, "Dağlıq Qarabağ” cəbhəsindən vurmaq istəyirlər.

 Dağlıq Qarabağın rəhbərliyində təmsil olunan separatçılar da Paşinyanın tam qələbəsindən sonra hakimiyyətdə qala bilməyəcəklərini hesablayıblar. Bu səbəbdən Paşinyana müqavimət göstərmək niyyətlərini gizlətmirlər.

Lakin tam əminliklə deyirəm ki, Paşinyan İrəvanda tam hakimiyyətə sahib olduqdan sonra separatçı rejimin bütün rəhbərliyi istefaya göndəriləcək. Hətta onların bir çoxuna qarşı cinayət işi açılacaq”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19