2018-10-23 21:29:49   |   156 dəfə oxunub

"Ölkəmizin texniki imkanları sürətlə genişlənir" - Vüqar Rəhimzadə




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişliyə səfəri çərçivəsində "ASAN Həyat" kompleksinin açılışında iştirak edib. Prezident mərkəzdə innovativ yeniliklərlə tanış olub. Həmçinin dünyada ilk süni intellektli humanoid robot olun "Sofiya" ilə söhbət edib.

Azərbaycan dilini yeni öyrənən "Sofiya" İlham ƏIiyevlə ingilis dilində danışıb. O, Azərbaycanda olmasına görə şad olduğunu bildirib: "Mən dünən gəlmişəm və Azərbaycan məni valeh edib. Mən Bakının nadir memarlıq üslubunu, müasir binalarını və texnoloji nailiyyətlərini görmüşəm. Ölkənizin gənc olmasına baxmayaraq, o, dünya miqyasında böyük layihələr həyata keçirir, yüksək texnologiyaların inkişafına töhfə verir. Bu, çox yüksək qiymətləndirilir".

Prezident İlham Əliyev də "Sofiya"ya Azərbaycanda, məhz İmişlidə olduğu üçün, həmçinin ölkəmizlə bağlı xoş fikirlər səsləndirdiyinə görə təşəkkür edib: "Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir. Ümid edirəm ki, bu gözəlliyi görmək üçün vaxtınız olacaq və siz Bakıda çox əziz qonaq olacaqsınız".

"Sofiya" daha sonra Prezident İlham Əliyevlə Azərbaycanın milli brendi olan "ASAN xidmət" barəsində fikir mübadiləsi aparıb, sonda Prezidentə təşəkkür edib.

Qeyd edək ki, "Sofiya" 2015-ci ildə "Hanson Robotiks" şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. "Sofiya" bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib.

Dünyanın bir çox ölkərini gəzərək tanınmış simalarla görüşən "Sofiya"nın Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşüb həmsöhbət olmasını müsbət hal kimi dəyərləndirən "İki Sahil " qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Sherg.az"a bildirib ki, ümumiyyətlə, "ASAN xidmət" Azərbaycanın təcrübəsini dünya ictimaiyyətinə çatdıran bir modeldir: "

 "ASAN xidmət"in robot "Sofiya"nı İmişliyə gətirməsi onu göstərir ki, ölkəmizin texniki imkanları sürətlə genişlənir "ASAN xidmət" təkcə paytaxtda deyil, regionlarda əhaliyə yüksək elektron xidmətlər göstərir. Son zamanlar paytaxt Bakı ilə regionlar arasındakı fərqin ortadan qaldırılması istiqamətində qarşıya qoyulan hədəflərə nail olunub. Regionlarda əhalinin rifah halının yaxşılaşdırılması, onların sağlam, qayğısız və rahat həyat yaşamaları üçün cənab prezidentin gördüyü real işlər göz önündədir. Regionlarda "ASAN xidmət" vasitəsilə əhaliyə elektron xidmətlərin göstərilməsi fikirlərimizin əyani sübutudur. Regionların inkişafı ilə bağlı qarşıya qoyulan bütün hədəflərə nail olunub. "ASAN xidmət" mərkəzlərinin yaradılması və əhaliyə şəffaf elektron xidmətlərin göstərilməsi önəm kəsb edən məsələdir".

"Sofia"nın potensial media əhatəsinin milyardlarla insan səviyyəsində ölçüldüyünü diqqətə çatdıran baş yazar qeyd edib bu humanoid robotun Azərbaycan haqqında dediyi yüksək fikirlər dünyada ölkəmizin yüksək imicə malik olduğunu bir daha təsdiqidir:

"Sofia BMT Baş katibinin müavini Amina Jane Mohammed, məşhur biznesmen İlon Mask və başqa məşhur şəxslərlə mükalimələrə girib və bu, dünyada böyük maraq doğurub. "Sofia"nın Azərbaycanda apardığı dialoq da dünya mətbuatının diqqətini cəlb edir. Əlbəttə, "Sofia"nın Bakıda deyil, məhz İmişlidə təqdim olunması dünyaya həm də Azərbaycanın regionlarının yüksək inkişaf səviyyəsini göstərdi. 

Əminliklə demək olar ki, Sofianın Azərbaycana səfər etməsi gənc sahibkarlar, startapçılar, elm adamları və ideya müəllifləri üçün yeni motivasiya mənbəyi rolunu oynayır. Sofianın cənab Prezidentin təşəbbüsü ilə yaradılan ASAN brendi haqqında dediyi xoş sözlər və ASANın binasının açılışında iştirak etməsi heç də təsadüfi deyil. Çünki ASAN da cənab Prezidentin təşəbbüsü və liderliyilə yaradılan mühüm innovativ layihədir. ASAN və Sofia - hər ikisi BMT-nin mükafatlarını alıblar. "Sofia"nın "Azərbaycan dilini yeni öyrənməyə başlamışam” ifadəsi onu göstərir ki, gələcəkdə bu robotun proqram təminatında Azərbaycan dili də yer tuta bilər. 

"Sofianın "Ölkənizin gənc olmasına baxmayaraq, o, dünya miqyasında böyük layihələr həyata keçirir, yüksək texnologiyaların inkişafına töhfə verir” fikri Azərbaycan haqqında qlobal miqyasda formalaşan müsbət rəyin göstəricisidir. Xüsusən Azərbaycanın texnoloji inkişafı barədə Sofianın fikrini əsaslandıran layihələri - Elektron hökümət, Azexport, Elektron kənd təsərrüfatı, ASAN, Rəqəmsal Ticarət Qovşağı, dünyada ilk m-rezidentlik, Azerkosmosun süni peykləri, TASİM və s.-i vurğulamaq olar".

Ayyət Əhməd







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17