2018-10-23 23:07:57   |   132 dəfə oxunub

Romada eskalator sıradan çıxıb: 10 nəfər yaralanıb


Roma metropoliteninin mərkəzi stansiyalarından birində eskalatorun sıradan çıxması nəticəsində 10 nəfər xəsarət alıb.

Trend-in İtaliyanın "Il Mattino" qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisə Çempionlar Liqası çərçivəsində "Roma" və MOİK komandaları arasında keçiriləcək oyundan öncə baş verib. Ehtimal olunur ki, xəsarət alanlar arasında rusiyalı azarkeşlər də var.

Qeyd olunur ki, xəsarət alanlardan biri ciddi yaralanıb: o bir ayağını itirib.

Öz növbəsində ANSA agentliyi bildirir ki, hadisə "Repubblika" stansiyasında yerli vaxtla 19:00 radələrində baş verib.






SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19