2018-10-24 01:32:37   |   224 dəfə oxunub

"Yuventus" "Mançester Yunayted"i məğlub edib


Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turuna start verilib. Qol.az-ın məlumatına görə, bu gün 4 qrupda ümumilikdə 8 matç nəzərdə tutulub. Günün mərkəzi görüşü İngiltərədə keçirilib. Burada "Mançester Yunayted" "Yuventus"u qəbul edib. Turin klubunun hücumçusu Kriştiano Ronaldonun 6 il şərəfini qoruduğu sabiq komandasına qarşı oyunu maraqla gözlənilirdi. Görüşün taleyini 1 qol həll edib. Paulo Dibalanın 17-ci dəqiqədə vurduğu qol qonaqlara vacib qələbə qazandırıb.

Turnirin son qalibi "Real" "Viktoriya" ilə qarşılaşıb və rəqibini 2:1 hesabı ilə məğlub edib. "Mançester Siti" səfərdə "Şaxtyor"un, "Roma" isə evdə SSKA-nın qapısından 3 cavabsız top keçirib.

Qeyd edək ki, turun digər görüşləri bu gün keçiriləcək.






SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16