2018-10-26 23:15:39   |   243 dəfə oxunub

Tramp Pentaqonun büdcəsini azaltdı


ABŞ prezidenti Donald Tramp Pentaqonun büdcəsini azaltmaq qərarı alıb.

"Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 2019-cu il maliyyə büdcəsinə görə 2,2%, 2020-ci ilə planlaşdırılan büdcəyə görə isə 4,5% azalma olacaq. Müdafiə nazirinin müavini Patrik Şanahan bununla bağlı açıqlama verib:

"2020-ci il üçün 733 milyard dollarlıq büdcə hazırlamaq üçün çalışırdıq. Keçən həftə isə "700 milyardlıq büdcə hazırlayın” təlimatını aldıq”. Ağ Evdən verilən açıqlamaya görə, yeni qərar qarşıdakı 5 il üçün nəzərdə tutulub.






SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17