2018-10-29 05:57:47   |   208 dəfə oxunub

Polşada ticarət qalereyasında tavan çöküb: 7 nəfər xəsarət alıb




Polşada ticarət qalereyasında tavanın çökməsi nəticəsində 7 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə ölkənin cənub-şərqində Jeşuv şəhərində baş verib.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb, onların vəziyyəti normaldır. Hadisədən sonra axtarış-xilasetmə qrupu ticarət mərkəzinə cəlb olunub, mərkəzdə olanlar təxliyə olunub. Xilasedicilərin sözlərinə görə, dağıntlar altında qalan yoxdur.






SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19