2018-11-02 11:39:03   |   231 dəfə oxunub

FHN əməkdaşı Avropa çempionatının gümüş medalını qazanıb

Rumıniyanın paytaxtı Buxarestdə 25-27 oktyabr tarixlərində Kempo-karate döyüş növü üzrə Avropa çempionatı keçirilib.

"Sherg.az" xəbər verir ki, həmin çempionatda Azərbaycanı təmsil edən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rüstəm Müslümov 81 kq çəki dərəcəsində Avropa çempionatının gümüş medalını qazanıb.

Qeyd edək ki, R. Müslümov iki dəfə dünya mükafatçısıdır. O, eyni zamanda 20-21 oktyabrda keçirilmiş Avrasiya Çempionatında birinci yeri tutub.






SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17