2018-11-07 17:44:33   |   116 dəfə oxunub

"Prezidentin Ağdam səfəri Ermənistana ciddi mesajdır" - Deputat



"Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri bu rayonun sosial-iqtisadi inkişafına müsbət təkan verəcək”.

Bunu "Sherg.az”a ölkə başçısının Ağdam rayonuna səfərini dəyərləndirərkən millət vəkili Fəzail ibrahimli bildirib.

Onun sözlərinə görə, Prezident mütəmadi olaraq Respublikanın rayonlarına səfərlər edir:

"Ölkə başçısının səfər etdiyi rayonlarda əhalinin iqtisadi həyatına müsbət təsir edən addımlar atılır. Bir sıra müassisələr yaradılıb, yeni iş yerləri açılır. Cənab Prezident hər səfərində rayon zəhmətkeşləri ilə görüşür, onların fikirlərinə münasibət bildirib, neqativ halları aradan qaldırır.
Ölkə başçısı Ağdam səfəri çərçivəsində də yerli əlahali ilə müəyyən söhbətlər aparıb. Bir sıra inzibati idarələrin açlışında iştirak edib. Düşünürəm ki, rayonda baş verən yeniliklər Dağlıq Qarabağ münaqişəsinin həllinə psixoloji yardım edəcək. Eyni zamanda bu səfər işğalçı Ermənistana da ciddi bir mesajdır".

Deputat onu da əlavə edib ki, Ağdam camaatı ilə görüşü zamanı Prezidentin səsləndirdiyi "Azərbaycan Dağlıq Qarabağın işğalı ilə heç vaxt barışmayacaq” ifadəsi sakinlərdə böyük ruh yüksəkliyi yaradıb:

"Ümumiyyətlə, ölkə başçısı bu ifadəni bir sıra beynəlxalq tribunalarda da çox böyük qətiyyətlə səsləndirib. Prezident dəfələrlə bəyan edib ki, Azərbaycan torpaqlarında yeni bir erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Allah cənab Prezidentə uzun ömür, can sağlığı versin !

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16