2018-11-07 17:54:36   |   130 dəfə oxunub

"Dövlət başçısının nitqi Paşinyana növbəti xəbərdarlıqdır" - Ekspert



"Azərbaycan dövlət başçısı Ermənistanın yeni hakimiyyətinə, xüsusən Nikol Paşinyana çox ciddi mesaj verib”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Ekspert bildirib ki, dövlət başçısının nitqi Paşinyana növbəti xəbərdarlıqdır:

 "Azərbaycan öz sülhsevərliyini aprel ayından bu yana nümayiş etdirməkdədir. Məlumdur ki, dekabr ayında Ermənistanda parlament seçkisi keçiriləcək. Paşinyan seçkidən sonra münaqişə ilə bağlı son və qəti mövqeyini bəyan etməlidir. Azərbaycan tərəfi haqlı olaraq Ermənistanın yeni rəhbərliyindən konstruktiv yanaşma gözləyir. Xəbərdarlıq edirik ki, yeni hökumət Sarkisyan-Koçaryan hakimiyyətindən fərqli olaraq konstruktiv mövqe sərgiləsin. Əks təqdirdə Azərbaycanın səbri tükənəcək və başqa yollara əl atacağıq”.

Analitik vurğulayıb ki, ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mills düşmən qüvvələrin işğal olunmuş ərazidən çıxmasının zəruri olduğunu bildirmişdi: 

"Artıq aparıcı dövlətlər də Paşinyan hakimiyyətinə açıq şəkildə bildirirlər ki, ermənilər işğal olunmuş ərazilərdən çıxmalıdır. İndi top Paşinyandadır. Azərbaycan son zamanlar hərbi sahədə həyata keçirdiyi islahatlar sayəsində Ermənistandan dəfələrlə güclü orduya sahib olub. Rusiya və ABŞ-la olan münasibətlərimiz Ermənistanın bu ölkələrlə olan əlaqəsindən daha yüksəkdir. Ötən illər ərzində Bakının geosiyasi mövqeyi daha da güclənib. Bütün bunlar bizi münaqişədə güclü tərəf edir”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19