2018-11-07 18:08:31   |   113 dəfə oxunub

"Paşinyan Düşənbədə əldə olunmuş razılaşmaya əməl etmir" - Analitik



"Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində növbəti hərbi təlimlər keçirməsi Düşənbədə əldə olunmuş razılaşmaya əməl etmədiyini göstərir”.

Bunu "Sherg.az”a açıqlamasında analitik Ehtiram Aşırlı deyib.

Düşmən ölkənin təxribatçı əməllərini dəyərləndirən ekspert bəyan edib ki, hərbi təlimlər işğalçı ölkənin Azərbaycana qarşı növbəti təxribatıdır: 

"Təcavüzkar ölkədən fərqli olaraq rəsmi Bakı hər zaman üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək sadiq qaldığını nümayiş etdirib. Lakin həmişəki kimi bu dəfə də rəsmi İrəvan əldə olunmuş razılığı pozub. Bununla kifayətlənməyib cəbhədəki vəziyyəti gərginləşdirmək istiqamətində addımlar atıb. Xüsusilə, Paşinyanın işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfəri və qoşunların təmas xəttindəki vəziyyəti gərginləşdirməsi seçki qabağı xalqın dəstəyini əldə etmək üçün hesablanmış addımdır. Ermənistanın baş nazir vəzifəsini icra edən Paşinyanın qoşunların təmas xəttində erməni əsgərləri ilə "selfie” çəkdirməsi, tör-töküntüləri "erməni ordusu” kimi təqdim etməsi, Ermənistan tərəfinin işğalçılıq siyasətinin bariz nümunəsidir. ATƏT-in Minsk qrupunun həmsdərlərinin regiona növbəti səfərindən sonra rəsmi İrəvanın hərbi təlimlərə başlaması onu göstərir ki, Ermənistan tərəfi danışıqlar yolu ilə münaqişənin həllində maraqlı deyil. Əksinə danışıqlar prosesinin məhv edilməsinə çalışılır. Düşünürəm ki, Azərbaycan tərəfi yaxın zamanlarda işğalçı ölkənin bu kimi hərəkətlərinə genişmiqyaslı təlimlərə başlayaraq daha sərt cavab verəcək”.

Siyasi şərhçi bildirib ki, Ermənistanda keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkilərindən sonra işğalçı ölkənin Qarabağ münaqişəsinin həllində nə qədər maraqlı olması artıq özünü biruzə verəcək: 

"İşğalçı ölkə Qarabağda yol infrasturukturunu bərpa edərək müdafiə xəttini möhkəmləndirir. Əgər, seçkilərdən sonra baş nazir olaraq fəaliyyətinə davam edərsə, Paşinyan bu zaman danışıqlarda daha aktiv yer almalı və münaqişənin həllində maraqlı olmalıdır. Əks halda Azərbaycan Ordusu işğalçı ölkəyə qarşı daha sərt tədbirlər görə bilər”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16