2018-11-07 21:05:40   |   180 dəfə oxunub

"Ödənişə görə, təhsilini yarımçıq dayandıran tələbələrin sayı 5 minə çatıb" - ÖZƏL




Təhsil haqqını verməkdə çətinlik çəkən tələbələrin təhsil xərcləri maliyələşdiriləcək.

 Azərbaycan Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanına əsasən, Gənclər Fondunun nizamnaməsinin 3.1.9.-cu yarımbəndinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərcləri maliyyələşdiriləcək. Fonddan verilən məlumata görə, maliyyələşmə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürüləcək. Maliyyələşmə təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov "Sherg.az”a söyləyib ki, bu kimi addımlar ölkədə təhsilin səviyyəsinin yüksəlməsinə xidmət edir:

"Bir neçə il bundan əvvəl ölkə başçısı Gənclər Fondu vasitəsilə tələbələrin təhsil haqlarının qismən və ya tam şəkildə ödənməsi üçün vəsait ayrılmasına dair sərəncam verib.Həqiqətən də bu kimi işlərə ehtiyac var. Nəzərə alsaq ki, bu gün Azərbaycanın 54 ali təhsil müəssisəsində 164 min tələbə oxuyur. Həmin tələbələrin 71 faizi, təxminən 120 minə qədəri ödənişli təhsil alır və ölkədə təhsil haqqları çox yüksəkdir. Göründüyü kimi, universitetlərimizdə ödənişli təhsil alanların statistikası yüksəkdir. Və hər il bunların sayı artır. 

Digər tərəfdən təhsil haqqını ödəyə bilmədiyinə görə, universiteti yarımçıq qoyan tələbələrin sayı son yeddi ildə beş minə çatıb. Buna görə də cənab Prezident tərəfindən 2013-cü ildə təhsilin inkişafı üçün nəzərdə tutulan faktorlardan biri də təhsilin hamı üçün əlçatanlığının təmin olunmasıdır. Burada da sosial problemləri olan, maddi vəziyyəti təhsil haqqını və digər xərclərini ödəməyə imkan verməyən tələbələrə dövlət tərəfindən xüsusi qayğı və diqqət göstərmə nəzərdə tutulurdu. Həqiqətən də bu, hər kəs üçün çox müsbət haldır. Təhsilin hamı üçün əlçatan olması ölkədə lazımi addımlardan biridir. Bu tendensiyanın güzəştli kredit fonunda və ya birdəfəlik ödəniş formasında baş tutması ilə bağlı hələ ki hansısa mexanizim işlənməyib. Azərbaycanda tələbələrin həm təhsil, həm yaşam xərclərinin qarşılanması Gənclər Fondunun öhdəçiliyində olan bir lahiyədir. Əgər fond bu xərcləri kredit formasında maliyyələşdirsə, onda onu faizsiz şəkildə verməlidir. Çünki kiminsə, təhsil xərclərini ödəməyə pulu yoxdursa, gələcəkdə ona edilən yardımın faizini qaytarmağa da vəsaiti olmayacaq.

K.Əsədov diqqətə çatdırıb ki, tələbələrə birdəfəlik və ya kredit formasında yardım edililirsə, onun birinci kursa nisbətən ikinci kursdə akademik səviyyəsi aşağı düşdüyü üçün həmin yardım kəsilməməlidir:

"Akademik göstəricisi aş6ağı düşdüyünə görə, tələbəyə edilmiş yardımlar dayandıqda artıq bizim bir il boyunca onun təhsil xəclərini ödədiyimiz pul heçə gedəcək. Düşünürəm ki, bu tendensiya maddi vəziyyəti çox aşağı olan, müstəqilliyimiz uğrundə gedən müharibələrdə şəhid və qazi olan ailələrin övladlarına şamil edilməlidir. Eyni zamanda bu yardımdan respublukamızın universtitetlərində oxuyan tələbələrlə yanaşı xaricdə təhsil alanlar da yararlanmalıdır”.

Kənan Eynuroğlu








SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16