2018-11-07 22:34:16   |   145 dəfə oxunub

Çin sakini 12 ildən sonra komadan ayılıb


Çin sakini 12 ildən sonra komadan ayılıb, onun anası bütün bu illər ərzində oğlunun yastığı başında keşik çəkib.

AZƏRTAC xəbər verir ki, "Daily Mirror” qəzetinin yaydığı məlumata görə, Van Şubao 2006-cı ildə avtomobil qəzası nəticəsində iflic olub və koma vəziyyətinə düşüb. Həmin vaxt onun 36, anasının isə 63 yaşı vardı. Anası Vey Minyin oğlunu evə gətirib, ona qulluq edib, bütün pullarını müalicəyə xərcləyib və borca düşüb. Hətta yeməyə pul tapmadığı üçün bir ay yalnız su ilə qidalanıb.

Onun səyləri səmərəsiz qalmayıb. Bir müddət öncə Van Şubao gözlərini açıb və gülümsəyib. O, hələ hərəkət edə və danışa bilməsə də, qadın ümidini itirmir.






SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17