2018-11-07 22:54:29   |   158 dəfə oxunub

Ukraynada Azərbaycan vətəndaşı güllələndi

40 yaşlı şəxs əvvəllər azadlıqdan məhrum edilib


 Ukraynanın Kropivnitski şəhərində Azərbaycan vətəndaşı güllələnib. Bu barədə Sputnik Azərbaycan "Lb.ua" saytına istinadən xəbər verir.

"Noyabrın 6-da, yerli vaxtla 22:00 radələrində Verxniy Permsk küçəsində naməlum şəxslər vətəndaşa atəş açıblar. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib. Ölən kişinin şəxsiyyəti müəyyənləşdirilib. Onun Azərbaycan vətəndaşı olduğu bildirilir. Faktla bağlı araşdırmalar aparılır" - vilayətin baş polis idarəsinin nümayəndəsi Vitalin Bevzenko bildirib.

40 yaşlı şəxs əvvəllər azadlıqdan məhrum edilib. Həmyerlimizə iki nəfərin hücum etdiyi bildirilir.









SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19