2018-11-08 13:51:50   |   134 dəfə oxunub

Vaşinqton kürd terrorçularının əsas dəstəkçisidir

ABŞ-ın PKK cəlladlarının öldürülməsi üçün mükafat təyin etməsi qeyri-səmimi görünür




ABŞ "Ədalət üçün mükafat” proqramı çərçivəsində PKK terrorçuları Murad Qarayılan, Cəmil Bayık və Duran Qalxanın tutulması üçün böyük pul mükafatı təyin edib. Vaşinqtondan verilən açıqlamada bildirilib ki, Tramp administrasiyası Yaxın Şərqdə terror qruplaşmalarına son qoymaq üçün bu cür addım atıb. Türkiyə tərəfi Vaşinqtonun bu addımını alqışlayıb. Lakin Ankara hökuməti qərarın çox gecikmiş olduğunu bəyan edib. Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın bildirib ki, əgər bu qərarın məqsədi YPG-nin fəaliyyətini pərdələməkdirsə, o zaman 3 gün sonra həqiqət ortaya çıxacaq: "ABŞ-ın PKK-nın 3 terrorçusunun başına pul qoymasını alqışlayırıq. 

Lakin bir müddət sonra "PKK-nı YPG və PYD-dən ayrı tuturuq”, deyib bizi aldatmasınlar. Hamısı terrorçu qruplaşmalardır”.

Amerika tərəfindən atılan addımı "Şərq”ə şərh edən politoloq Azər Rəşidoğlu deyib ki, Vaşinqton kürd terrorçularının əsas dəstəkçisidir

"Vaşinqtonun addımları təzadlı görünür. ABŞ rəhbərliyinin bir-biri ilə örtüşməyən və uyğun gəlməyən addım və açıqlamaları bu ölkənin terrorla mübarizədə səmimi olub-olmadığı sualını yaradır. Bu, növbəti ikili standartdır və eyni zamanda mövcud reallıqdan irəli gəlir. ABŞ terroçu PYD-ni müdafiə edir. Halbuki PYD-nin PKK ilə münasibətləri o qədər güclüdür ki, hətta PKK terrorçularının Suriyada PYD-nin nəzarətində olan ərazilərində hərbi bazaları da mövcuddur. Əgər Amerika Birləşmiş Ştatları bunu görmürsə, 2-3 nəfər terrorçu ilə bağlı verilən qərar nəyi dəyişəcək? Həm PKK, həm də PYD vahid terror şəbəkələridir və bunun arxasında Amerika dayanır. Terrorçulara silah verən Amerika, PYD və YPG ilə PKK arasında əlaqə olmadığını iddia edə bilmək üçün belə qərar qəbul edib. Ancaq PKK-nın PYD ilə əlaqəsi məsələsində məhz ABŞ rəhbərliyinin əlində hesabatlar var. Əslində çox dəlil axtarmağa ehtiyac da yoxdur. Hər şey göz önündədir”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17