2018-11-08 14:10:53   |   89 dəfə oxunub

Nazir düz deyir

Nə çəkiblər, kinoya niyə pul ayrılmalıdır



Son iki ildə kino sahəsinə vəsaitin ayrılmasının məhdudlaşdırıldığını vurğulayan maliyyə naziri Samir Şərifov deyib ki, heç bir deputat əvvəlki illərdə kifayət qədər böyük həcmdə ayrılan vəsaitin müqabilində çəkilən hansısa kino əsərinin olub-olmaması məsələsinə toxunmur. Onun sözlərinə görə, əvvəlki illərdə bu sahəyə hər il təxminən səkkiz milyon dollara yaxın vəsait ayrılıb. Halbuki son 1-2 ildə özəl sektor tərəfindən çox gözəl kinolar çəkilir. Bu da onu göstərir ki, bu məsələ yalnız pulla ölçülmür: "Mən də kino sənayesinin inkişaf etdirilməsinin tərəfdarıyam. Amma hökumətin ümumi fikri ondan ibarətdir ki, burada müəyyən keyfiyyətyönümlü dəyişiklik baş verməlidir”.

Kinorejissor Əli İsa Cabbarov "Şərq”ə açıqlamasında nazirin sözlərini haqlı saydığını deyib: 

"Söhbət ayrılan pulların effektivliyindən gedir və məhz maliyyə nazirinin bu haqda danışması normaldır. Çıxış yolu prezidentin təsdiq etdiyi və təəssüf ki, müddəti bitdiyi, amma yerinə yetirilmədiyi 2010-2018-ği il kinonun inkişafı Dövlət Proqramını yerinə yetirməkdir. Özəl və dövlət sektorunun studiyalarına bərabər şərait yaradılmalı və senarilər açıq tenderlərdə təsdiq olunmalıdır. Ümid edirəm nazirin bu tənqidinə konstruktiv münasibət göstəriləcək”.

Şəymən







SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16