2018-11-08 14:40:20   |   109 dəfə oxunub

Rusiya XİN: Putin və Tramp G20 sammitində görüşəcəklər


 Rusiya ilə ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşün G20 zirvə görüşü zamanı keçiriləcəyi barədə razılıq mövcuddur.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

O, bu xəbərin həm Moskvada, həm də Vaşinqtonda açıq şəkildə təsdiqləndiyini diqqətə çatdırıb.

Xatırladaq ki, G20 zirvə görüşü 30 noyabr – 1 dekabr tarixlərində Buenos-Ayresdə keçiriləcək.






SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19