2018-11-08 14:42:19   |   139 dəfə oxunub

"Yük maşınlarının paytaxta girişinə nəzarətin gücləndirilməsi effekt verə bilər" - Ekspert




"Paytaxtın magistral yollarında tıxacların qarşısını almaq üçün verilən fərmanlarla icra mexanizmləri üst-üstə düşməlidir”.

Bunu "Sherg.az”a yük maşınlarının müəyyən edilmiş saatlarda şəhərə girişinə nəzarətin gücləndirilməsini dəyərləndirərkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə,hazırda nəqliyyata sistemli şəkildə yanaşma yoxdur:

"Şəhərdə bir neçə müxtəlif növlü nəqliyyat vasitələri bir-birnə qarışıb. Tutaq ki, ictimai nəqliyyatdı bunlara ümumi təyinatlı nəqliyyat deyilir. İdarə tabeçiliyində olan nəqliyyat vasitələri şirkətlər, nazirliklərə məxsus olan nəqliyyat vasitələridir. Sahibkara aid olan nəqliyyat vasitələri həm şirkətlərdə, həm də nəqliyyat sektorunda fəaliyyət göstərir.

Rayon ərazilərindən gələn insanlar şəxsi avtomobillərini bəzən müəyyən yerlərdə saxlayırlar, bəzən də birbaşa şəhərə daxil olurlar. Lakin həmin maşınların paytaxta girişi müəyyən qayda qanunlarla, fərmanlarla nizamlanıb. Yor hərəkəti qaydalarında bəzi yerlərdən yük avtomobillərinin şəhərə girməsi xüsusi nişanlarla qadağan olunub. 

Məsələn, xüsusi nişanlarla göstərilir ki, bu marşruta 6-7 tondan artıq yük avtomobilləri daxil ola bilməz. Lakin sonradan müşahidə etdilər ki, bu da şəhərdə tıxacların yaranmasının qarşısını almağa kömək edə bilmir. Artıq Nazirlər Kabinetində bu sahədə fəaliyyət göstərən komissiya tərəfindən yeni qərar verildi. O qərar əsnasında işləyən mexanizm yol hərəkəti qaydaları ilə üst-ütdə düşmür. 

Tutaq ki, şəhərin girişinə müəyən mexanizmlərlə nəzarət olunur və yük avtomobilləri paytaxtın əsas magistrallarına buraxılmır. Amma müəyyən vaxtlarda sürücülər həmin nəzarət vasitələrindən ya xəbərsiz olurlar, ya sahibkarlar məcbur edir və ya özlərinin səhlənkarlığı ucabtından şəhərə daxil olurlar. Ona görə, sistemli şəkildə yol hərəkəti qaydalarının ümumi prinsiplərinə uyğun olaraq verilən fərmanlar icra mexanizmlərinə düzgün uyğunlaşdırılmalıdır.Bəzən yük avtomobilləri paytaxtın əsas yollarında tıxac yaratdıqda bunun qarşısı cərimə ilə alına bilmir. 

Buna görə də bu kimi proseslərə xidmət edən icra mexanizmləri sistemli şəkildə yerinə yetirilməlidir. Bakı şəhərində yük avtomobillərinə müəyyən marşrutlar elə formada bildirilməlidir ki, onlar yollarda tıxac yaratmasın. Bu sahəyə maraqlı insanlar yük avtomobillərinin şəhərdə idarə olunması işinə cəlb edilməlidir. Çünki onlar bu sistemi daha tez başa düşür".

Ekspert hesab edir ki, bəzən yük avtomobillərini idarə edən sürücülər paytaxtın yollarını tanımır. Ona görə də, yol hərəkətində müəyyən qanun pozuntuları yaşanır:

"Bunun da iki əsas səbəbi var. Birincisi, firmalara nəzarət edən sahibkarlar sürücülərə yaxşı qulluq etmir, yolları göstərmir. Məsələn, bəzi idarə tabeçiliyində olan müəyyən şirkətlərin nəqliyyat vasitələri xüsusi CPS-lə nizamlanır, sürücülərə yollar göstərilir. Ona görə də onların hərəkətində problem yaşanmır. Amma bəzilərinin icra mexanizmi düzgün qurulmadığına görə, bu kimi xoşagəlməz məsələlər ortaya çıxır. Əlbəttə, burada ilk növbədə sürücülərin məsuliyyəti əsas şərtdir. Ikincisi də, hər hansı bir işlərin yerinə yetirilməsi müəyyən qrafiklər üzrə görülməlidir. Məsələn, orda işin gecənin hansı saatları ərzində yerinə yetirilməsi bildirilməlidir. Belə olduqda yollarda heç bir problem olmur. Yuxarıda qəbul olunan fərman və icra mexanizmi bir-birinə uyğun olmalıdır ki, həm iş getsin. Həm sürücülər səhlənkarlığa yol verməsin, həm də tıxaclar əmələ gəlməsin.Bu mənada hesab edirəm ki, yük maşınlarının qadağan edilmiş saatlarda paytaxta girişinə nəzarətin gücləndirilməsi müsbət effekt verə bilər".

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası”nın 30 iyun 2015-ci il tarixli, 1 nömrəli protokol Qərarında nəzərdə tutulmuş qadağa saatlarında Bakı şəhərində yük avtomobillərinin sürücüləri yük daşımaları ilə bağlı növbəti tədbirlər həyata keçirilməkdədir. Belə ki, əvvəlki dövrdə yük maşımlarının müəyyən edilmiş saatlarda şəhərə girişinə nəzarətdə müəyyən problemlər mövcud omuş, qadağa saatlarında onların şəhərin küçələrində hərəkəti müşahidə edilib. Artıq Daxili İşlər Nazirliyi şəhərin giriş və çıxışında xüsusi kameralar quraşdıraraq qadağa saatlarında yük avtomobillərin şəhərə daxil olmasına nəzarəti gücləndirir. Belə ki mövcud qaydaları pozan avtomobillər dərhal kameralar tərəfindən qeydiyyata götürüləcək və müvafiq olaraq cərimə olunacaq.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16