2018-11-08 20:02:31   |   177 dəfə oxunub

"Ermənilər təkcə Almaniya və Avropada deyil, ABŞ-da da mafioz şəbəkələr yaradıblar" - Deputat

"Ermənilər yaşadıqları bütün dövlətlərin ərazilərində özlərinin bütün cinayətkar şəbəkələrini qururlar, özlərinin terror təşkilatlarının mənzil qərargahını yerləşdirirlər"



"Təxminən bir saat öncə Ddağlıq Qarabağın Azərbaycanlı icması olaraq icmada Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndələri ilə görüşdük. Onlar da görüşdə geniş tərkibdə iştirak edirdilər. Ermənistan tərəfindən işağl olunmuş Azərbaycan torpaqlarına avropalı rəsmilərin və ya mülki vətəndaşların qanunsuz səfərləri ilə bağlı narazılığımızı qonaqların diqqətinə çatdırdıq. Qeyd etdik ki, bütün bu səfərlər Avropadakı erməni lobbisi və mafiyasının əməlidir. Elə fikirlərimizin təsdiqi olaraq bu gün Almaniyada cinayətkar erməni şəbəkəsi aşkar olunub və bu barədə Almaniya mətbuatı geniş yazı dərc edib. Görün ermənilər kimlərlə əlaqə girirlər".

Bu sözləri "Sherg.az"a Almaniya mətbuatının bu ölkədə mövcud olan erməni mafiyası ilə bağlı dərc etdiyi silsilə yazılardan danışarkən millət vəkili Elman Məmmədov söyləyib.

Deputat qeyd edib ki, ermənilərdən ibarət bu cinayətkar mafia təkcə Almaniyada və ya Avropa ölkələrində deyil, ABŞ-dakı ermənilər də cinayətkar qruplaşmalarla əlbirdirlər:

"Ermənilər yaşadıqları bütün dövlətlərin ərazilərində özlərinin bütün cinayətkar şəbəkələrini qururlar, özlərinin terror təşkilatlarının mənzil qərargahını yerləşdirirlər. Onlar bu cür cinayət yolu ilə maliyyə mənbələri tapırlar. Həmin imkanlardan istifadə edib, o ölkələrin siyasiləri, media, parlament nümayəndələri və iş adamları ilə əlaqəyə girib, erməni hiyləgərliyi ilə onları müəyyən müddət ərzində özlərinin təsiri altında saxlayırlar. Ərazilərimizə edilən qanunsuz səfərlərin əksəriyyəti bu cür təşkil olunur. Azərbaycanın işğaldakı ərazilərinə səfər edən avropalı rəsmilər tamahlarına görə, erməni tələsinə düşənlərdir.Təbii ki, Azərbaycan bunun qarşısının alınması üçün Azərbvaycan lazımi tədbirlər görür. "Qara siyahı", etiraz notaları və bəyanatlar var. Baxın son dövrdə Belçikadan olan deputatın işğaldakı ərazilərimizə qanunsuz səfəri, ondan əvvəl Paşinyanın qadınının özü ilə yanaşı Rusiyadan bir neçə qadını Dağlıq Qarabağa gətirməsi, məsələləri ilə bağlı Azərbaycan Milli Məclisi həmin ölkələrin parlamentlərinə etiraz bəyanatı göndərdi. Ancaq belə bir məsələ var ki, bir deputat, bir rəsmi şəxs Azərbaycan ərazisinə qanunsuz səfər edirsə, Azərbaycanın sərhədlərini pozursa, deməli, o öz ölkəsinin də qanunlarını pozur. Öz ölkəsinin də ərazi bütövlüyünə hörmətsizlik edir".

Parlamentarinin sözlərinə görə,artıq ermənilərə himayədarlıq edən, onlara yardım əli uzadan ABŞ, Avropa ölkələri, Avropanın hüquqi təşkilatları və Rusiya bu işğalçı ölkənin bəd niyyətini analamağa başlayıb: 

"Bu ölkələr ermənilərin onlar üçün gələcəkdə hansı problemləri yaradacaqlarını bilirlər. Baxın, Kataloniya məsələsində böyük bir cinayətkar erməni şəbəkəsi aşkarlandı. Onlar İspaniyada separatizmi yaymaq üçün çox geniş fəaliyyət göstəriblər. Fransada da bu gün belə hadisələr baş verir, elə Rusiyanın özündə də. Artıq ruslar dərk edirlər ki, ermənilər Rusiyada kompakt yaşadıqları yerlərdə təşkilatlanıblar, cinayətkar, mafioz şəbəkə yaradıblar və istənilən vaxt Rusiya üçün başağrısına çevrilə bilərlər. Bu ermənilərin iç üzünü açıb göstərir".

E.Məmmədov sonda onu da əlavə etdi ki, Azərbayanın işğaldakı ərazilərinə qanunsuz səfərlər edən mülki və siyasi şəxslər diqqətli olmalıdırlar:

"Onlar Lapşin məsələsini unutmamalıdırlar. Nə vaxtsa onlardan da sərhədlərimiz pozmalarının niyəsi sorşulacaq. Bu haqda ciddi düşünməlidirlər".

Qeyd edək ki, İşğal olunmuş ərazilərimizə qanunsuz səfər etmiş Almaniya Bundestaqının deputatı Albert Valyerin erməni mafiyası ilə əlaqələri üzə çıxıb. Almaniya mətbuatında Almaniyada erməni mafiyasının mövcudluğu və Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın erməni cinayətkar qruplaşmalarla əlaqələrinə dair məlumatlar dərc olunub. Araşdırmada adı hallanan şəxslərdən biri də Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş, Bundestaqın deputatı və erməni lobbist təşkilatı olan Almaniya-Ermənistan Forumunun təsisçisi Albert Vaylerdir.

Ayyət Əhməd








SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17