2018-11-09 01:19:39   |   312 dəfə oxunub

ABŞ-ın Federal Ehtiyat Sistemi faiz dərəcəsini sabit saxlayıb



ABŞ-ın Mərkəzi Bankının pul siyasətini müəyyənləşdirən Federal Ehtiyat Sisteminin (FES) üzvləri iki günlük noyabr toplantısından sonra faizi yüzdə 2-2,25 aralığında sabit saxlamaq barədə qərar veriblər.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu qərar FES-in 9 üzvünün birgə dəstəyi ilə alınıb.

Qeyd edək ki, FES 2018-ci ildə üç dəfə olmaqla faiz dərəcəsini 2-2,25 faiz səviyyəsinə qədər artırıb.




SON XƏBƏRLƏR

2019-04-21
2019-04-20