2018-11-15 14:26:24   |   96 dəfə oxunub

Əflatun Amaşov: “Milli Məclisin deputatları gəlir deklorasiyası təqdim etməlidirlər”



 "Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin 10-cu maddəsinə edilən dəyişikliklərə görə, deputat vəzifəsinin icrası ilə əlaqədar ümumi məbləği 55 manatdan yüksək olan hədiyyə qəbul edə bilməz. Mən belə qənaətdəyəm ki, bu məbləğ kifayət qədər azdır. Çünki başqa ölkələrdə bu rəqəm daha böyükdür. Biz gərək "Korrpusiyaya qarşı mübarizə haqqında" qanunda da bu rəqəmi dəyişək, məhz orada həmin rəqəmin artırılması ilə bağlı təklif irəli sürək. Belə olsa, problem öz həllini tapacaq”.

"Report”un xəbərinə görə, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, maraqların toqquşmasının qarşısının alınması çox vacibdir: "Heç bir deputat səlahiyyətlərinin icrası çərçivəsində statusundan öz maraqları üçün istifadə etməməli, xidməti vəzifəsinin icrası ilə maraqları arasında ziddiyət yarandıqda maraqlarından imtina etməlidir. Burada deyilənlər başqa ölkələrdə çoxdan, daha sərt şəkildə qəbul olunub. Böyük Britaniyada deputat parlamentin yeməkxanasında xərclədiyi pulun hesabatını verməlidir. Almaniyada deputat cinayətdə ittiham edilirsə, o iclas zalında həbs olun. Elə ölkələr var ki, deputat seçiciləri ilə görüşməsə, onlarla kobud davransa, ictimai yerdə özünü qeyri-etik aparsa, hətta parlamentdə çıxış etməsə, onu çox ağır cəza gözləyir”.

Ə.Amaşov deputatların gəlir deklorasiyasının qəbul edilməsini təklif edib: "Hesab edirəm ki, qanun layihəsini hazırlayərkən Əli Hüseynlinin rəhbərlik etdiyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi beynəlxalq təcrübəni öyrənib. Beynəlxalq təcrübədə gəlir deklorasiyası əsas şərtlərdən biri kimi göstərilib. Gəlir deklorasiyasının tətbiqini bu dəfə də olmasa gələn dəfə gündəmə gətirək və qəbul edək. Bunun üçün qanunvericilik bazamız da mövcuddur”.






SON XƏBƏRLƏR

2018-12-10