2018-11-16 19:53:25   |   215 dəfə oxunub

"Şəhid ailələrinə 11 min manatın ödənilməsi Prezidentin humanist addımlarından biridir" - Polkovnik



"Cənab prezidentin şəhid ailələrinə birdəfəlik 11 min manat ödəməsi ölkə başçısının bizlərə olan diqqətinin bariz nümünəsidir”.

Bunu "Sherg.az"a Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat birdəfəlik ödəmənin verilməsindən danışarkən ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib .

Onun sözlərinə görə, ölkəmizdə hər hansı bir şəhid ailəsi, qazi, veteran dövlətin, ictimaiyyətin mətbuatın diqqətindən kənarda qalmır:

"Prezident İlham Əliyev maksimum imkanlardan istifadə edərək şəhid ailələrini, Qarabağ qazilərini evlə, torpaq sahəsi ilə təmin edir. Onların sosial problemlərinin aradan qaldırılmasına yüksək diqqət göstərir. Bu gün də həmin addımlar davam edir. İndiki dövrdə, iqtisadiyyatımızın belə ağır vaxtında cənab prezidentin şəhid ailələrinə, veteranlara bu cür qayğı göstərməsi, şərait yaratması asan iş deyil. Hazırda vətənin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ailələrinə bir dəfəlik 11 min manatın verilməsi büdcəmizə böyük yük olsa da, dövlət başçımız bunu edir. Azərbaycan Prezidentinin humanist addımını gözdən salmaq istəyən siyasi qruplar var. Əlbəttə, o qrupların niyyəti baş tutmayacaq. Onların bu məsələ ətrafında yaratdıqları gərginlik iflasa uğrayacaq və yalanları ifşa olunacaq. Ona görə ki, bu ödəmələrin verilməsində heç bir problem olmayacaq".

Qeyd edək ki, "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Artıq noyabrın 14-dən birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Bu günə kimi 150-yə yaxın şəhid hərbi qulluqçuların vərəsələrinə müvafiq vəsait verilib.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-12-11