2018-11-18 00:29:30   |   124 dəfə oxunub

Radikal müxalifətin aksiyası qarşıdurmaya getmək məqsədilə düşünülüb



Radikal müxalifət ümummilli bayramları və tarixi günləri öz varlığını yada salmaq üçün istismar etməkdədir. Bu gün özünü "Milli Şura” adlandıran qurumda birləşmiş bir qrup radikal Şəhidlər Xiyabanında sanksiyalaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Milli Dirçəliş günü ilə bağlı keçiriləcəyi iddia olunan qanunsuz aksiya "Milli şura”nın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli tərəfindən idarə olunub, onlar qanunsuz aksiya iştirakçılarını
polislə toqquşmaya təhrik ediblər. Siyasi protokolların keçirildiyi məkanlar, tarixi –dini ziyarət yerləri kütləvi etiraz aksiyaları keçirilmək üçün ünvan kimi seçilə bilməz. 

Şəhidlər Xiyabanı isə həm siyasi protokollar üçün məkandır, həm də Azərbaycan tarixini çox mühüm ziyarət yerlərindən biridir.
Beləliklə, aksiyada siyasi məqsədlər güdülüb, radikal müxalifətin cəmiyyətə öz varlığını göstərmək, sabitliyi pozmaq, polislə qarşıdurma yaratmaq, hakimiyyətə qarşı yeni ittiham hədəfləri
əldə etmək niyyətindən irəli gəlib.

Hüquq mühafizə orqanları qeyri -qanuni aksiyanın qarşısını alıb və dağıdıcı qruplara Şəhidlər xiyabanı kimi müqəddəs ziyarətgahı siyasi spekulyasiya və şou meydanına çevirməyə imkan verməyib. Polis aksiyanın qarşısını alarkən qanunun tələblərinə əməl edib.

Aksiyanın təşkilatçıları da saxlanaraq Səbail rayon polis idarəsinə aparılıblar. Aksiyadan sonra radikal müxalif fəallar tərəfindən sosial şəbəkələrdə böyük kampaniya başladılıb, polis idarəsinə yürüş etmək barədə çağırışlar edilib. Bu, aksiyanın əvvəlcədən qarşıdurmaya getmək məqsədilə düşünüldüyünü təsdiqləyir.

Aydın Baxış 







SON XƏBƏRLƏR

2018-12-11