2018-11-18 17:11:52   |   134 dəfə oxunub

Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun ikinci mükafatlandırma mərasimi keçirilib



Bu gün Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Dünya Kubokunun qalibləri və mükafatçılarının ikinci mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, kişi qrupları arasında birinci yeri Rusiyadan olan gimnastlar German Kudryaşov, Aleksandr Sorokin, Valeriy Tukaşvili, Kiril Zadorin, ikinci yeri Rusiya təmsilçiləri Pavel Qubski, Kirill Lukyanov, Vladimir Petrov, Denis Solun, üçüncü yeri isə Hindistan gimnastları Prints Aris, Siddeş Bxosle, Ruşikeş More və Redjileş Surebabu tutublar.

Qarışıq cütlüklər arasında "qızıl" medalı Kirill Startsev və Viktoriya Aksenova (Rusiya), "gümüş" medalı Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı (Azərbaycan), "bürünc" medalı isə Artur Belyakov və Olqa Melnik (Belarus) qazanıblar.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastiak Arenasında Akrobatika gimnastikası üzrə Dünya Kubokunun finallarına start verilib.


17-18 noyabr Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Beynəlxalq turnirdə Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna komandaları təmsil olunur.

Ötən gündən Milli Gimnastika Arenasında başlayan yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.

Gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan komandasının heyətində son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı və Ağasif Rəhimov – Nurcan Cabbarlı çıxış edirlər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov – Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparırlar.






SON XƏBƏRLƏR

2018-12-14