2018-11-19 11:31:00   |   191 dəfə oxunub

"Bu, Prezidentin şəhid ailələrinə qayğısının növbəti təzahürüdür” - Deputat



"2018-ci il 19 aprel tarixli Fərmana uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Prezident İlham Əliyevin şəhid ailələrinə diqqət və qayğısının növbəti təzahürüdür”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bəyan edib ki, bu proses qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla şəff şəkildə həyata keçirilir: "Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır.

Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq reallaşdırılan məqsədyönlü dövlət siyasəti ona istiqamətləndirilib ki, ölkənin dinamik iqtisadi inkişafından əhalinin bütün təbəqələri, ələlxüsus da xüsusi qayğıya ehtiyacı olan insanlar bəhrələnə bilsinlər. Azərbaycanda cəmiyyətin ayrı-ayrı təbəqələri arasında ədalətli resurs bölgüsünü təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Beləliklə də dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Azərbaycanda hərbi qulluqçuların, şəhid ailələrinin, müharibə əlillərinin etibarlı sosial müdafiəsinin təmin edilməsinə xüsusi diqqət göstərilir”.

Millət vəkili bəyan edib ki, son illərdə Prezidentin məqsədyönlü siyasətinə uyğun olaraq hərbi sahəyə ayrılan xərclər əhəmiyyətli dərəcədə artırılıb. Ölkənin müdafiə potensialı gücləndirilib:

"Bununla yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə daha geniş şərait yaradıb. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir.
Bütövlükdə respublikamızda dövlətin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə qayğısı davamlı və çoxşaxəli səciyyə daşıyır”.

H.Babaoğlunun fikrincə, son 15 ildə Prezident Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına yönələn bir neçə Fərman və Sərəncam imzalayıb:

"Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin gücləndirilməsinə yönəlib. Sərəncama uyğun olaraq Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə dövlət vəsaiti hesabına hər cür rahatlığa malik mənzillər verilir. Ölkəmizdə müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə dövlət vəsaiti hesabına minik avtomobillərinin verilməsi də ənənə halını alıb. Respublikamızda müharibə əlillərinə, şəhid ailələrinə minik avtomobilləri, mənzillər verilməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Son iyirmi il ərzində ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, altı mindən çox minik maşını verilib ki, bu da dövlətin müvafiq kateqoriyadan olan insanlara qayğısının təzahürüdür. Bu siyasət eyni ardıcıllıqla bu gün də davam etdirilir”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-14