2018-11-19 16:32:06   |   137 dəfə oxunub

Rusiya yeni nəsil qırıcısı ilə "meydan oxudu"

Təyyarə saatda 2600 kilometr məsafə qət etmək iqtidarındadır



 Rusiya Müdafiə Nazirliyi Suriyada beşinci nəsil aviasiya kompleksinin hərbi fəaliyyətinin nümayiş etdirildiyi kadrları yayımlayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, 1 dəqiqə 20 saniyəlik video Rusiya Müdafiə Nazirliyinin "Vkontakte"-dəki rəsmi hesabında yayımlanıb.

"Uçuşlar yeni nəsil təyyarənin real hərbi döyüşlər şəraitində bəyan edilən imkanlarını nümayiş etdirmək üçün həyata keçirilib" - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.


Uçuşlar zamanı pilotlar təyyarənin uçuş-texniki xüsusiyyətlərini, intellektual informasiya – idarəetmə kompleksini, silahlanma kompleksi də daxil olmaqla bütün bort sistemin işini yoxlayıb. Ümumilikdə, ekipaj "Su-57" təyyarəsində 10-dan artıq uçuş həyata keçirib.

"Su-57" beşinci nəsil Suriya aviasiya kompleksidir. Kompleks bütün növ hava, yerüstü və suüstü hədəfləri məhv etməyə qadirdir. Təyyarə yüksək manevrliyə, həmçinin hipersəs rejimində uçuş həyata keçirmək imkanına malikdir. Təyyarə bir saatda 2600 kilometr məsafə qət etmək iqtidarındadır.








SON XƏBƏRLƏR

2018-12-11