2018-11-19 16:35:13   |   118 dəfə oxunub

Abel Məhərrəmovun yeri boşdur



Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov noyabrın 15-də vəzifəsindən azad edilib.

Bundan sonra sosial şəbəkələrdə bu təhsil müəssisəsinə yeni rektorun təyin edilməsi barədə məlumatlar yayılıb.

BDU-nun mətbuat katibi Pərvanə İbrahimova məsələ ilə bağlı virtualaz.org-un sorğusuna cavab olaraq bildirib ki, ali təhsil müəssisəsinə yeni rektor təyin edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: "Rektor təyinatı dövlət başçısının səlahiyyətindədir. Hazırda BDU-nun rektoru vəzifəsinin icrasını universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva həyata keçirir”.






SON XƏBƏRLƏR

2018-12-10