2018-11-19 16:42:21   |   134 dəfə oxunub

"Rəsmi Bakı Fransa və ABŞ-ın diqqətinə çatdırmalıdır ki, Bako Saakyan..." - Şərh



"Qondarma separatçı rejimin başçısı Bako Saakyanın Fransadan sonra ABŞ-a səfəri Minsk qrupu çərçivəsində Vaşinqtonun apardığı vasitəçilik missiyasına zərbə vurur”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Analitik bildirib ki, separatçılığı təbliğ edən bir şəxsin ABŞ-a getməsinə yaşıl işıq yandırmaq Vaşinqtonun ikili standartının təzahürüdür: 

"Göründüyü kimi Minsk qrupunun həmsədr dövlətlərinin fəaliyyəti separtizmi dəstəkləmək və danışıqlar prosesinə zərbə vurmaqdan ibarətdir. Rəsmi Bakı Fransa və ABŞ-ın diqqətinə çatdırmalıdır ki, Bako Saakyan birbaşa məlum dövlətin xüsusi xidmət orqanlarına bağlı şəxsdir və onun fəaliyyəti ABŞ-ın, Fransanın regiondakı maraqlarına qarşıdır.

Amerika digər separtçılara qarşı sanksiyalar tətbiq edirsə, niyə Azərbaycanın işğal olunmuş ərazilərində separatçıları ölkəsinə girişinə icazə verir?! Şəxsən bununla bağlı ölkəmizdəki Fransa, ABŞ və Rusiya səfirliklərinə sorğu göndərəcəm və onların cavablarını ictimaiyyətə açıqlayacam”.

Ekspertin sözlərinə görə, hazırda Minsk qrupunun həmsədr ölkələrinə münaqişənin həlli ilə bağlı etimad etmək olmaz:

 "ABŞ prezidentinin regiona xüsusi diqqətinin artması, Azərbaycan Prezidentinə ünvanladığı məktubunda Qarabağ münaqişəsinin yaxın aylarda həllinə dair mesajlar verməsi, ardınca milli təhlükəsizlik müşaviri Con Boltonun regiona səfəri Vaşinqtonun münaqişənin həllində maraqlı olduğunun göstəricisi idi. Amma indi baş verənlər fərqli mənzərə yaradır. Belə bir siyasi situasiyada separatçı və hərbi cinayətkar olan Bako Saakayanın ABŞ-a səfəri müəyyən suallar doğurur. Bu onu göstərir ki, Minsk qrupu çərçivəsində danışıqlar formatı uğurlu olmayacaq. Qeyd edim ki, real və subsatantiv danışıqlar bu format çərçivəsində mümkün deyil. Azərbaycan rəsmən Minsk qrupuna alternativ olaraq Türkiyə, Avropa İttifaqı və Almaniyadan ibarət olan yeni bir danışıqlar formatı üçün qrumun yaradılmasını şərt kimi irəli sürməlidir”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-11