2018-11-19 17:23:42   |   115 dəfə oxunub

Şəhidin anası Prezidentə təşəkkür etdi: "Bu yardım bizə maddi və mənəvi dəstək oldu"



"Prezident İlham Əliyev və ölkənin birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya şəhidlərə və şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə təşəkkür edirik".

Bu sözləri "Sherg.az"a şəhid vərəsələri üçün nəzərdə tutulan birdəfəlik 11 min manat alan
1992-ci ildə Tovuzun Əlibəyli kəndində şəhid olmuş Rzayev Namiq Qəmbər oğlunun anası Rzayeva Navad Kamil qızı deyib. 

N.Rzayevanın sözlərinə görə, bu humanist addım onlara həm mənəvi, həm də maddi dəstək olub: 

"Artıq şahidi oldum ki, bu ölkə, bu dövlət vətən yolunda, torpaq uğurunda canından keçənlərə böyük qayğı göstərir, onları diqqətdən kənarda qoymur. Eyni zamanda deyim ki, 11 min manat az vəsait deyil. Bu vəsaitlə gözlərimi əməliyyat etdirəcəm. Bundan başqa illərdən bəri yığılıb qalan o qədər problemim var ki... İynə dərmanla yaşayan adamam. Bu humanist addıma görə, cənab Prezidentə təşəkkür edirəm. İnanın ki, bu addım digər insanlarda da ruh yüksəkliyi yaratdı. 

Əvvəllər bəziləri düşünürdü ki, vətən uğurunda canından keçənlərə, onların ailələrinə qiymət verilmir. Amma məlum maddi və mənəvi dəstəkdən sonra aydın oldu ki, bu, heç də elə deyil. Azərbaycan dövləti, ölkə başçısı həmişə öz vətəndaşının qayğısına qalır, öz şəhidinə, onun ailəsinə böyük diqqət göstərir".


Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bir neçə şəhidin vərəsəsinə bu ödəmələr edilib.   

Ayyət Əhməd







SON XƏBƏRLƏR

2018-12-10