2018-11-19 17:25:24   |   216 dəfə oxunub

Şəhid anası: “Biz dövlətimizdən daim qayğını görürük”


Məlum olduğu kimi, "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

Ümumiyyətlə son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinə uyğun olaraq hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaradıb. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. Sözügedən Fərman Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının bariz nümunəsi sayılmalıdır. Azərbaycan Respublikasının Prezidenti seçkiləri ərəfəsində cənab İlham Əliyev uzun illərdir gündəlikdə duran məsələnin həll olunacağını vəd etdi və müvafiq Fərman imzaladı. Bu, Azərbaycan Prezidentinin öz vədlərinə sadiq qaldığını, hər bir vətəndaşın qayğı və probleminə xüsusi həssaslıqla yanaşdığını, onların tez bir zamanda aradan qaldırılması üçün əməli tədbirlər gördüyünü əyani şəkildə təsdiq edir.

1997-ci il avqustun 2-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılıb, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilib və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılıb. Artıq sığorta məbləği ilk mərhələdə 122 şəhid vərəsəsibə verilib.

Qubadan olan, 19 yanvar 1993-cü ildə şəhid olmuş Əhmədov Eldar Şəmsəddin oğlunun vərəsəsi, anası Əhmədova Şəfiqə Əhməd qızı vərəsə olaraq pulu alanlardandır. Şəfiqə xanım "Sherg.az”a açıqlamasında bildirib ki, şəhid oğlunun sığorta pulu artıq hesabına köçürülüb: 

"Ölkə başçısı, cənab İlham Əliyev hər zaman biz şəhid ailələrinə, şəhid analarına öz diqqət və qayğısını göstərib. Bu dəfə də qayğısını əsirgəməyərək, sığorta pulunu verdi. Düzdür sığorta pulu mənim oğlumu geri qaytarmayacaq. Amma bu dövlətimizin, prezidentimizin bizim yanımızda olduğunu, diqqət etdiyini göstərir. Ölkə başçısına təşəkkür edirəm ki, belə bir qərar imzalayaraq, şəhid ailələrinə şəhidin haqqını verdi. Biz dövlətimizdən daim qayğını görürük. Bundan sonra da rəhbərlik bizim yanımızda olacaq. Buna inanırıq”.

Anar







SON XƏBƏRLƏR

2018-12-11