2018-11-19 17:57:20   |   144 dəfə oxunub

Şəhid anası sərəncamı alqışlayır:"Bu yardım sosial şəraitimizin yaxşılaşmasına böyük dəstəkdir "




"Öz adımdan, eyni zamanda ailəm adından Prezident İlham Əliyevə bu humanist addımına görə, minnətdarlığımı bildirirəm".

Bunu "Sherg.az"a Quba rayonundan olan şəhid Kəlbiyev Rüfət İbrahim oğlunun anası Kəlbiyeva Zəbiha Abbəkir qızı bildirib.

Şəhid vərəsələri üçün nəzərdə tutulan birdəfəlik 11 min manatı aldığını söyləyən Z.Kəlbiyeva qeyd edib ki, Şəhid ailələrinin yada salınması, unudulmaması çox yaxşı haldır: 

"Bu yardımın çox böyük dəstəyi oldu. Səhhətimdə ciddi problemlər var. Bu yardımın müalicəmə böyük köməyi oldu. Dolanmamıza, sosial şəraitimizin yaxşılaşmasına böyük dəstəkdir. Bu addım insanlarımızda vətəpərvərlik hissini, vətən eşqini bir daha da yüksəldir. 

İnsanlar, əsgər və zabitlər görürlər ki, vətəni qoruyanlar heç zaman diqqətdən kənarda qalmırlar. Gənc nəsil də bu dəstəyin şahidi olur. Bunun özü insanlarda vətənpərvərlik ruhunu, əsgərlərimizin döyüş əzmini daha da gücləndirir. Bir daha Prezidentə təşəkkür edirəm".


Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bu ödmələrə start verilib.

Ayyət Əhməd








SON XƏBƏRLƏR

2018-12-11