2018-11-19 18:05:01   |   110 dəfə oxunub

"Prezident həmişə bizə dayaq olub, bizi darda qoymayıb" - Şəhid atası danışdı



"Möhtərəm Prezidentimizə minnətdaram. O həmişə bizim qeydimizə qalıb”.

Bunu "Sherg.az”a 1992-cü ilin sentyabrın 26-da Ağdam yaxınlığında, Fərrux yüksəkliyi ətrafında gedən döyüşlərdə şəhid olan Qasımov Elşən Oruc oğlunun atası Qasımov Oruc deyib.

Dövlət başçısının müvafiq Sərəncamı ilə şəhid ailələrinə ayrılan birdəfəlik yardıma münasibət bildirən şəhid atası hər zaman dövlət rəhbərliyinin diqqət və qayğısını gördüklərini bəyan edib: 

"Allah cənab Prezidentimizin ömrünü uzun eləsin. Həmişə bizə dayaq olub, bizi darda qoymayıb. Prezidentimizin sayəsində ayaqda dayanmışıq. Mən təkcə özümün deyil, bütün şəhid ailələrinin adından möhtərəm Prezidentimizə minnətdarlıq edirəm. Çünki bu yardımdan hamımız çox məmnun qaldıq”.

Qeyd edək ki, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi prosesi noyabrın 14-dən qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Şəhid hərbi qulluqçuların vərəsələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-14