2018-11-19 18:20:08   |   443 dəfə oxunub

ÇƏKİŞMƏ: Sünnət islamın tələbidir, yoxsa adətdir ? - Fikirlər haçalandı

Hacı Şahin Həsənli: "Sünnət islam dininin tələbidir "

Elşad Miri: "Allahın bu haqda heç bir əmri, buyruğu yoxdur"



Aydın Xan Əbilov: "Bəzi Afrika ölkələrində qadın, qız sünnəti də olur"



Son zamanlar soaisl mediada, eləc də cəmiyyətdə sünnətin islam dini və ya müsəlmançılıqla hər hansı bir əlaqəsinin olmadığı iddia olunur. Həmin iddianı ortaya atanlar bunun tarixən davam edən adət-ənənə olduğunu düşünür. Təbii ki, bəziləri də bu yanaşmanın absurd olduğunu bildirərək "Sünnət islam dinin tələbidir” fikrini dilə gətirir. Biz də "Sherg.az" olaraq mövzunun aktuallığını nəzərə alıb, məsələni araşdırdıq.

İlk olaraq əlaqə saxladığımız ilahiyyatçı Hacı Şahin Həsənli "Sherg.az"a sünnətin ənənə olmasına dair fikirlərini qəbul etmədiyini bildirdi: "Bu , yanlış fikirdir. İslam dinindən öncə də sünnət olub. Musa peyğəmbərin dövründə, yəhudilər arasında da sünnət var. İslam dini də bu ayini təsdiq edir. Və peyğəmbərimiz bu əməlin vacib olduğunu buyurur. Sünnət islam dininin tələbidir. Bu xalqın tarixən davam edən adət-ənənəsi deyil. Peyğəmbərimizin hədislərinə əsasən sünnət etdirmək dini nöqteyi -nəzərdən vacibdir”.

İlahiyyatçı Elşad Miri isə bildirib ki, Quranda Azərbaycanda işlədilən sünnət anlayışına rəst gəlmək mümkün deyil:

"Hər zaman tayfalarda, xalqlarda, müxtəlif millətlərdə sünnət adət-ənənə kimi olub. Bu gün Məhəmməd peyğəmbərlə bağlı bir anlayış var. Orada bildirilir ki, peyğəmbərimiz sünnətli doğulub. Bunu bir möcüzə kimi təqdim edirdilər. Amma hazırda müasir dövrdə həkimlərimizdə qeyd edirlər ki, bu cür vəziyyətdə doğulan uşaqlar tam sağlam deyil. Bu anormallıq və xəstəliyin nəticəsidir. Ona görə elə insanlar müəyyən vaxtlar həkimə müraciət edib, yoxlanmalıdırlar. Amma tarixə nəzər saldıqda öryənirik ki, peyğəmbərimiz sünnətli doğulub. Eyni zamanda peyğəmbərə Əqiq qurbanı kəsilib, paylanıb. Allahın bu haqda heç bir əmri, buyruğu yoxdur. Sadəcə olaraq bu cür məsələləri müxttəlif dinlərin mənsubları da, dinə aid olmayan insanlarda edirlər. Məsələn, İsraildə təzə doğulan uşağın səkkizinci günündə sünnət etdirmək vacibdir. Yəni bunu əsas olaraq qəbul edirlər. ABŞ-da da uşaq doğulanda valideynləri istəsə, sünnət etdirirlər. Buna bir məhdudiyyət yoxdur. Sünnət yalnız ənənədir. Amma təəssüflər olsun ki, bu cür məsələlərdən yola çıxaraq Məhəmməd peyğəmbərin adından müəyyən rəvayətlər uydururlar. Həmçinin bəzi Afrika, Ərəb ölkələrində qızların da sünnəti həyata keçirilir. Buna görə ildə 10 minlərlə qız uşağı şikəst edilir. Bəzən Azərbaycanda sünnət anlayışını elə həyata keçirirlər ki, onun nəticəsində uşaqlar müəyyən yaş aralığında edildiyinə görə, psixoloji travma alırlar. Düşünürəm ki, bütün bunlar nəzələr alınmalıdır. Sünnət etdirənə və ya etdirməyənə hansısa neqativ söz demək düzgün deyil. Çünki sünnət dinin bir tələbi, əmri deyil, bu, bir ənənədir”

Kulturoloq Aydın Xan Əbilov söyləyib ki, sünnət yalnız islam dini ilə əlaqəli bir amil deyil:

" Bir çox Şərq və Afrika xalqlarında həm kişi, həm də qəribə olsa da, qadın sünnəti var. Eyni zamanda yahudilərdə də bu proses mövcuddur. Əgər kişi cinsiyyət orqanının artıq dərisi olduğu kimi qalırsa, həmin ölkələrdə ora mikroblar toplaşır. Bu da oğlan uşaqlarının ölümünə səbəb olurdu. Ona görə də, sünnət bəzi ölkələrdə fizioloji bir hadisə olaraq baş verir. Bəzi Afrika ölkələrində qadın, qız sünnəti də olur. Amma bir sıra beynəlxalq qurumlar bununla bağlı müəyyən etirazlar bildirdi və qismən bu tendensiya aradan qaldırılıb. Şərq ölkələrində oğlan uşaqlarının müəyyən yaş dövründə sünnət olunmasına icazə verilib, eyni zamanda tövsiyə də olunub. Sünnəti fizioloji, idioloji, mənəvi və psixoloji tərəflərini araşdıran zaman mübahisələr yaranır ki, əvvəllər bəzi ölkələrdə gigenilk baxımdan sünnətə ehtiyac vardırsa, indi bu amil nə qədər vacibdir? Bu tendensiya uşaqların psixologiyanını və mənəviyatını pozurmu? Bu kimi məsələlər indidə dindarlar və ateistlər arasında müzakirə olunur. Keçmişdə sünnətlə bağlı idioloji hadisə olaraq oğlanların uşaqlıqdan çıxıb, yeniyetməliyə girməsi ilə bağlı müəyyən fərziyələr olub. Çünki keçmişdə kişilərin bir neçə mərhələdən keçməsi ilə bağlı mərasimlər olurdu. Bunlardan biri də sünnət idi. Azərbacanlılar, türklər arasındada belə hallar olub. Amma ümumilikdə götürəndə sünnəti daha çox dinlə bağlayırlar”.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-12-11