2018-11-19 19:19:40   |   115 dəfə oxunub

"Azərbaycan - Belarus əlaqələri durmadan inkişaf edir" - Şərh




"Belərusun yerləşdiyi ərazidə Azərbaycanın tərəfdaşlıq əlaqələri quracağı ölkələr var”.

Bunu "Sherg.az”a Azərbaycan Prezidenti ilham Əliyevin Belarus səfərini şərh edərkən politoloq İlqar Vəlizadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan - Belarus əlaqələri durmadan inkişaf edir:

İki ölkə lideri arasındakı bu görüş sayca beşincidir. Azərbaycanın Prezidentinin Belərusa, Belarus rəhbərinin ölkəmizə səfərləri onu göstərir ki, bu ölkələrin maraqları eynidir. Bütün sahələrdə hər iki ölkə birlikdə iştirak edərək öz maraqlarını təmin edirlər. Belarusun Azərbaycanın yerləşdiyi məkanlarla bağlı böyük planları var. 

Onlar nəqliyyat, iqtisadi, hərbi,siyasi sferada özünü göstərir. Bu sahədə Azərbaycan MDB ölkəsinə bir nömrəli partnyordur. Belarus da yerləşdiyi coğrafiya baxımından ölkəmizin üstünlük verdiyi tərəfdaşlardan biridir. Bundan istifadə edərək ölkəmiz həmin coğrafiyada yerləşən digər dövlətlərlə də sıx əlaqə qura bilir. 

Çünki Azərbaycan həmin ərazidə yerləşən ölkələrlə Azərbaycan ticarət əlaqələri saxlayır. Bu əlaqələrdən istifadə edərək ölkəmiz kənd təsərrüfatı, neft-kimiya məhsullarını onlara idxal etmək niyyətindədir. Bu əlaqələr ölkəmizin logistika əməliyyatları keçirməsinə yardımçı ola bilər”.
Qeyd edək ki, Azərbaycan və Belarus prezidentləri görüşüb. 

Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub.Dövlət başçıları görüşdə çıxış ediblər.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-12-11