2018-11-19 19:32:41   |   117 dəfə oxunub

"Polis aksiyanın qarşısını alarkən hüquqi çərçivədən çıxmayıb" - Deputat



Radikal müxalifət ümummilli bayramları və tarixi günləri öz varlığını yada salmaq üçün istismar etməkdədir. belə ki, Dünən 17 noyabr-Milli Dirçəliş günündə özünü "Milli Şura” adlandıran qurumda birləşmiş bir qrup radikal Şəhidlər Xiyabanında sanksiyalaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Milli Dirçəliş günü ilə bağlı keçiriləcəyi iddia olunan qanunsuz aksiya "Milli şura”nın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli tərəfindən idarə olunmuş, onlar qanunsuz aksiya iştirakçılarını polislə toqquşmaya təhrik ediblər. Siyasi protokolların keçirildiyi məkanlar, tarixi –dini ziyarət yerləri kütləvi etiraz aksiyaları keçirilmək üçün ünvan kimi seçilə bilməz. Şəhidlər Xiyabanı isə həm siyasi protokollar üçün məkandır, həm də Azərbaycan tarixini çox mühüm ziyarət yerlərindən biridir. Beləliklə, aksiyada siyasi məqsədlər güdülmüş, radikal müxalifətin cəmiyyətə öz varlığını göstərmək, sabitliyi pozmaq, polislə qarşıdurma yaratmaq, hakimiyyətə qarşı yeni ittiham hədəfləri əldə etmək niyyətindən irəli gəlib.

Hüquq mühafizə orqanları qeyri qanuni aksiyanın qarşısını alıb və dağıdıcı qruplara Şəhidlər xiyabanı kimi müqəddəs ziyarətgahı siyasi spekulyasiya və şou meydanına çevirməyə imkan verməyib. Aksiyanın təşkilatçıları da saxlanaraq Səbail rayon polis idarəsinə aparılıblar. Polsin aksiyanın qarşısını alarkən qanun tələblərinə əməl edib. Bununla belə aksiyadan sonra radikal müxalif fəallar tərəfindən sosial şəbəkələrdə böyük kampaniya başladılıb, polis idarəsinə yürüş etmək barədə çağırışlar edilib. Bu, aksiyanın əvvəlcədən qarşıdurmaya getmək məqsədilə düşünüldüyünü təsdiqləyir.

Vəziyyəti dəyərləndirən millət vəkili Elman Məmmədov "Sherg.az”a bildirib ki, polis aksiyanın qarşısını alarkən hüquqi çərçivədən çıxmayıb: 

"İcazəsiz, qanundankənar addımlar atmaq olmaz. Əgər aksiya, mitinq qanuna ziddirsə, dövlətin icazəsi yoxdursa, bu, qanunsuz sayılır. Ona görə də, yürüşün təşkilatçıları qanun qarşısında cavab verdilər. Çünki ölkənin sabitliyini pozacaq hər hansısa bir addım doğru deyil”.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-12-10