2018-11-20 14:17:19   |   135 dəfə oxunub

Novruz Novruzlunun ürəyi dayandı: “Həkimlər gələndə gec idi”

"Savalan” qrupunun bədii rəhbəri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, aktyor Novruz Novruzlu qəfil dünyasını dəyişib.

Mərhum sənətçinin qəfil ölümü ilə bağlı Yenicag.az-a bacısıoğlu Vüqar Nəzərli danışıb:

"Dayım gecə yatıb, səhər ayılmayıb. Təcili tibbi yardım maşını çağırıblar, həkimlər gələndə artıq gec olub. Dayım ürəyindən əziyyət çəkirdi. Amma bunu hamıdan gizlədirdi. İstəmirdi, ona görə yaxınları əziyyət çəksin. Bir övladını itirmişdi, acı çəkirdi”.






SON XƏBƏRLƏR

2018-12-11