2018-11-20 14:45:23   |   133 dəfə oxunub

Şəhid anası dua etdi: "Allah dövlətimizindən və rəhbərimizdən razı olsun"

"Allah rəhbərimizə can sağlığı versin, bütün işlərində Prezidentimizə kömək olsun”. Bunu "Sherg.az”a 1994-cü ildə Vətən uğrunda şəhid olmuş Mikayılov Tələt Nadir oğlunun anası Mikayılova Səkinə Əliağa qızı deyib.

Şəhidin anası bildirib ki, dövlət başçısı imzaladığı sərəncamla çox böyük iş görüb: 

"Birdəfəlik yardımı almışıq. Telefonumuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mesaj gəldi. Ondan sonra gedib Bakıdan pulu aldıq. Allah dövlətimizindən və rəhbərimizdən razı olsun. Həmişə başımızda dayansın. Biz yardım alandan sonra bütün şəhid ailələri adından cənab Prezidentimizə təşəkkür məktubu ünvanladıq. Prezidentimizdən çox razıyam”.

Qeyd edək ki, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi prosesi noyabrın 14-dən qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Şəhid hərbi qulluqçuların vərəsələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər.

İsmayıl






SON XƏBƏRLƏR

2018-12-11