2018-11-20 15:20:50   |   74 dəfə oxunub

Bakıda 190 nömrəli marşrutun fəaliyyəti dayandırılır


Noyabrın 22-dən etibarən Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin 20.11.2018 tarixli müvafiq sərəncamına əsasən 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin müvəqqəti istimarına dair "Ayşən LTD” MMC ilə imzalanan müqaviləyə də xitam verilib.






SON XƏBƏRLƏR

2018-12-11