2018-11-20 15:55:21   |   175 dəfə oxunub

Erməni diversant Gəncədə məhkəmə qarşısına çıxarıldı

Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni diversant Karen Armeni Kazaryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Sherg.az-ın Report-a istinadən məlumatına görə, prosesə hakim Kəramət Əliyev sədrlik edir.

Erməni diversant Karen Armeni Kazaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həyat və sağlamlıq əleyhinə olan cinayətlər (120-143) - 120.2.12; 120.2.7; 120.2.11; 120.2.5; 120.2.1; İqtisadi fəaliyyət sahəsində olan cinayətlər (190-213) - 206.3.2; İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər (214-233) - 214.2.1; 228.1; 214-3.1; 214.2.3; Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər (274-285) - 282.1; 276; İdarəetmə qaydası əleyhinə olan cinayətlərdə (315-326) - 318.2 təqsirli bilinir.

Azərbaycanda terror aktı törətməyə cəhd göstərən erməni diversantın məhkəmə prosesi təxirə salınıb.

Prosesdə zərərçəkən Nazim Hadiyev dindirilib. Daha sonra hakimin qərarı ilə məhkəmə proses 27 noyabr tarixinə təyin edilib.







SON XƏBƏRLƏR

2018-12-10