2018-11-20 17:18:16   |   151 dəfə oxunub

"Belarus və Qazaxıstan işğalçı və kasıb Ermənistanla deyil, inkişafda olan Azərbaycanla əməkdaşlıq etmək istəyirlər" - Politoloq

"Ermənistanın yeritdiyi siyasət o qədər fiaskoya uğrayıb ki, artıq İrəvanın yaxın müttəfiqləri belə onları dəstəkləmir”. Bunu Belarus-Azərbaycan münasibətləri ilə bağlı "Sherg.az”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Ekspert bildirib ki, hər ölkənin öz maraqları var, heç bir dövlət hansısa ölkənin təsir dairəsində hərəkət etmək istəmir: 

"Xüsusən də Belarus və Qazaxıstan kimi ölkələr açıq-aşkar işğalçı və kasıb Ermənistanla deyil, inkişaf etməkdə olan Azərbaycanla əməkdaşlıq etmək istəyirlər. Belarus rəsmiləri hər zaman ifadə edirlər ki, ölkələrin ərazi bütövlüyü onlar üçün əsas prinsipdir. Xüsusən, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində həll edilməsini tələb edir. İki ölkə arasında ən mühüm əməkdaşlıq hərbi diplomatiyaya əsaslanır. Hərbi-texniki əməkdaşlığın inkişafı təbiidir. Çünki regionda ən real silah alıcısı məhz Azərbaycandır. Rəsmi Bakı hər zaman Belarus silahlarına üstünlük verib. 

Ölkəmiz kifayət qədər güclüdür və maliyyə imkanları genişdir. Hərbi əməkdaşlıq Azərbaycanın silah arsenalını zənginləşdirirsə, Belarusun da maddi imkanlarını artırır”.

Siyasi şərhçi bildirib ki, işğalçı Ermənistan dilənçi kökündədir. Güc-bəla ilə bir sıra ölkələrin kreditləri hesabına köhnə silahlar əldə edir: 

"Belarus kimi ölkələr Ermənistanla əlaqə qurmaqda maraqlı deyil. Son dönəmlərdə Ermənistan rəhbərliyinin KTMT üzvləri ilə bağlı sərsəm açıqlamalar verməsi Belarusu qıcıqlandırıb. Ölkə rəsmiləri İrəvana mesaj göndərərək onları obyektiv olmağa, kənar dövlətlərin işlərinə qarışmamağa səsləyiblər. Bütün bu amillər Belarusun konkret seçim etməsinə və Azərbaycanın yanında yer almasına səbəb olur”.

İsmayıl






SON XƏBƏRLƏR

2018-12-11