2018-11-20 17:19:34   |   234 dəfə oxunub

Şəhidin anası sevinir:"Prezident bizə hər zaman böyük diqqət göstərib"



"Prezident İlham Əliyev şəhid ailələrinə hər zaman böyük diqqət göstərib”

Bunu "Sherg.az"a Quba rayonundan olan şəhid Ağarzayev Kamran Ələkbər oğlu nun anası Ağarzayeva Soniya Sirac qızı bildirib.

Şəhid vərəsələri üçün nəzərdə tutulan birdəfəlik 11 min manatı aldığını söyləyən S.Ağarzayeva qeyd edib ki, dövlətin bu addımı onları sevindirir:

"Allah prezidentimizin, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva və balalarının canını sağ etsin. Ölkə başçısının bu humanist addımının bizə çox böyük köməyi oldu. Bunun üçün ölkə başçısına minnətdaram. Prezident heç zaman diqqətini bizdən əskik etməyib, bu gün də etmir. Hər zaman dövlət tərəfindən göstərilən qayğılar sosial şəraitimizi yaxşılaşdırır, çətinliklərimizi aradan qaldırır. Indi də şəhid aillərində birdəfəlik 11 min manat ödəniş olunur. Bu, çox yaxşı haldır. Həmin vəsaitlə problemlərimizi həll edəcəyik. Buna görə cənab Prezidentə təşəkkür edirəm”.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bu ödmələrə start verilib.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-12-11