2018-11-20 17:28:25   |   138 dəfə oxunub

Ekspert: "Azərbaycan və Belarusun mövqeyi üst-üstə düşür" - Qarşılıqlı anlaşma



"Azərbaycan və Belarus arasında tərəfdaşlıq, dostluq münasibətləri günbəgün inkişaf edir”.

Bunu "Sherg.az”a Azərbaycan prezidenti İlham Əliyevin Belarus səfərini və Azərbaycanla Belarus arasındakı ikitərəfli tərəfdaşlıq münasibətini dəyərləndirərkən politoloq Tofiq Abbasov bildirib.

Onun qənaətincə, ötənlərdə Azərbaycan və Belarus prezidentləri arasında baş tutan təkbətək görüş bu iki ölkə arasındakı münasibətin yüksək səviyyədə olduğunu göstərir:

"Geosiyasi məsələlərə, postsovet məkanının inkişafına dair, iqtisadi amillər fonunda iki ölkənin qarşılıqlı anlaşması və ortaq məqamları var. Bu kimi məsələrdə Azərbaycan və Belarusun baxışları üst-üstə düşür. Ona görə də,bu iki ölkənin rəhbərləri aralarındakı əlaqəni inkişaf etdirib, bu səmərəli vəziyyətdən daha çox faydalanırlar. Azərbaycan və Belarus prezidentlərinin görüşü zamanı memorandum imzalandı. 

Cənab prezident İlham Əliyev yaxın zamanlarda bu memorandumun protokola çevriləcəyini bildirdi. Azərbaycan Belarusdan yüksək keyfiyyətli hərbi texnika alır. Eyni zamanda yeni sifarişlər də var. Yaxın vaxtlarda ölkəmiz alınan silahların çeşidlərini daha da zənginləşdirəcək. 
Düzdür, Ermənistan hər zaman haray-həşir salır. Lakin həmin məqamlarda Azərbaycan vacib nöqtədə qərar tutur. Belarusdan silah almaqla ölkəmiz iqtisadi inkişafla təhlükəsizlik konsepsiyasını ardıcıllıqla həyata keçirir. 

Bütün bunlar da Ermənistanın təxribatlarına layiqli cavab verməyə imkan verir. Həmçinin ərazi bütövlüyümüzü təmin etmək üçün hərbi imkanlarımız yüksək səviyyədə olmalıdır. Eyni zamanda Azərbaycanın Belarusla digər sahələrdə də tərəfdaşlığı var. Bütün bunlarda hər iki ölkənin faydalı münasibətə imza atdığını göstərir. Bu əlaqələrin yalnız iki ölkəyə yox, həm də bizim parktnyorlara böyük səmərəsi var”.

Ayyət Əhməd 






SON XƏBƏRLƏR

2018-12-11